Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ABŞ Azərbaycan səhiyyəsini tənqid etdi

ABŞ Azərbaycan səhiyyəsini tənqid etdi

 

“ABŞ Dövlət Departamentinin öz vətəndaşlarına verdiyi tövsiyənin Azərbaycan səhiyyəsinə heç bir aidiyyəti yoxdur”

 

Yenixeber.org: Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova ABŞ hökumətinin Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamaq və apteklərdən dərman almamaq barədə tövsiyəsini şərh edərkən bildirib.

O qeyd edib ki, ABŞ bir çox dövlətlərə dair dəfələrlə belə bəyanatlarla, müraciətlərlə çıxış edib: “Bu, onların öz vətəndaşlarına bir növ yanaşma tərzidir. Bu da onların öz işidir. Yəni tövsiyənin bizim ölkə səhiyyəsinə qətiyyən aidiyyəti yoxdur”.

Nazirlik rəsmisi deyib ki, bu gün Azərbaycandakı tibb müəssisələrinin hazırki vəziyyəti, mütəxəssislərin peşəkarlığı xarici dövlətlər tərəfindən qəbul edilib: “Bu gün yüzlərlə xarici ölkə vətəndaşları Azərbaycana gələrək yüksək səviyyədə müalicə alır və əməliyyat olunurlar”.

S.Əhmədova, eyni zamanda, ABŞ Dövlət Departamentinin Azərbaycanda vərəmin yayılması haqda yaydığı məlumata da münasibət bildirib: “Bu barədə deyilən fikirlər həqiqəti əks etdirmir. Azərbaycanda bu sahədə qeydə alınan göstəricilər ilbəil aşağı düşür. Vərəm xəstəliyi ilə bağlı statistik rəqəmlər digər ölkələrlə müqayisədə heç də geridə qalmır, hətta daha yaxşıdır. Bunu Qlobal Fond da təsdiqləyir”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Azərbaycana səfər edən vətəndaşlarına burada əməliyyat olunmamağı və apteklərdən dərman almamağı tövsiyə edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam