Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

ADU-nun rektoru beynəlxalq seminar iştirakçıları ilə görüşüb(FOTO)

ADU-nun rektoru beynəlxalq seminar iştirakçıları ilə görüşüb

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla universitetdə keçirilən “DaF-Unterricht im Stadium” (“Təhsildə alman dili xarici dil kimi”) adlı beynəlxalq elmi-metodiki seminarın Almaniya, Qazaxıstan, Özbəkistan və Çeçenistandan olan iştirakçılarını qəbul edib.

Yenixeber.org: Universitetdən verilən məlumata görə, Qonaqları ADU-da görməkdən məmnun olduğunu bildirən Kamal Abdulla yüksək səviyyədə olan münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

“Kitabi-Dədə Qorqud” və “Nibelunq nəğmələri” dastanlarının müştərək öyrənilməsi, birgə tədqiqat obyektinə çevrilməsi istiqamətində çox ciddi işlər görüldüyünü xatırladan rektor bu araşdırmaların bundan sonra daha ciddi şəkildə davam edəcəyinə inandığını söyləyib.

K.Abdulla alman şərqşünası, türkoloqu və diplomatı H.Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanının əlyazmasını aşkarlayaraq dünyaya tanıtmaqda misilsiz rolunun olduğunu bildirərək yada salıb ki, “Kitabi-Dədə Qorqud” abidəsinin alman şərqşünası tərəfindən üzə çıxarılması, alman dilinə ilk tərcüməsi, nəşr edilməsi, eləcə də dünya elm aləminə tanıdılmasının 200 illiyilə əlaqədar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 20 fevral 2015-ci ildə imzaladığı sərəncama əsasən onun həyat və yaradıcılığına həsr edilən çoxlu sayda seminar, dəyirmi masa, ustad dərsləri keçirilib, məqalə və tezislər nəşr edilib, sərgilər təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının rəhbəri olduğunu xatırladan K.Abdulla dünyanın bir sıra ölkələrində “Azərbaycan multikulturalizmi” fənninin tədris edildiyini deyib və ümid etdiyini bildirib ki, Haydelberq Universitetində bu fənnin tədris edilməsi istiqamətində də addımlar atılacaq.

K.Abdulla qonaqlara ADU-da həyata keçiriləcək yeni layihələr-Auditoriya+ və “Bir günlük xəlifə” haqqında da məlumat verib.

Yüksək qonaqpərvərliyə görə rektora və universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Almaniyanın Haydelberq Universitetinin rektoru, professor Hans-Verner Huneke tələbə və müəllim mübadiləsində, alman dilinin tədris olunmasında, birgə ideyaların həyata keçirilməsində maraqlı olduqlarını bildirib.

“Bir günlük xəlifə” layihəsinin onda böyük maraq yaratdığını bildirən rektor bu təcrübədən rəhbəri olduğu universitetdə də istifadə ediləcəyini diqqətə çatdırıb.

Görüşün sonunda qonaqlara hədiyyələr təqdim olunub, onlar universitetlə geniş şəkildə tanış olublar.

 

ADU-nun rektoru beynəlxalq seminar iştirakçıları ilə görüşüb

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam