Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Tələbələrin qovulması xəbərinə universitetdənREAKSİYA

Tələbələrin qovulması xəbərinə universitetdən

 

Heç bir aksiya olmayıb, heç kimə töhmət, şiddətli töhmət verilməyib, heç kim də universitetdən qovulmayıb.

Yenixeber.org: Bu sözləri Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Ağa Cəfərli universitet tələbələrinin aksiya keçirməsindən sonra universitetdən qovulub, töhmət almamaları ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

O bildirib ki, rektorun tələbələrlə görüşünün məqsədi problemlərini dinləmək idi:

“Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla dünən tələbələrlə görüşdü. Mən də həmin görüşdə idim. Tələbələr onları narahat edən məsələlərdən danışdılar, Kamal müəllim də səbrlə tələbələri dinlədi, bəzi məsələləri yerindəcə həll elədi, bəzi məsələlərin də yaxın günlərdə həll olunacağını bildirdi. Tələbələr akt zalını böyük ruh yüksəkliyi ilə tərk etdilər. İndi isə mətbuat dezinformasiya yayır ki, aksiya olub, kimlərəsə töhmət, şiddətli töhmət verilib, kimlərsə universitetdən qovulub. Belə ağ yalanı yazmağa vicdanınız necə yol verir, əliniz necə gəlir? Ayıbdır axı. Yeri gəlmişkən xatırladım ki, universitetdən qovulma bir gün içində baş verəcək proses deyil. Araşdırma aparılmalı, təqdimat yazılmalı və rektorun əmri olmalıdır”.

Qeyd edək ki, BakuPost.az saytının xəbərinə görə, sentyabrın 22-də universitetin Təbriz küçəsində yerləşən korpusunda Təhsil fakültəsinin tələbələri aksiyaya keçiriblər. Onlar korpusdakı tələbə sıxlığına etirazlarını bildiriblər. Fakültənin dekanı Fikrət Cahangirov tələbələrin qarşısına çıxıb, onlardan aksiyanı dayandırmağı istəyib və istəklərinin dinləniləcəyini qeyd edib. Lakin bazar ertəsi universitetə qayıdan tələbələr "sürpriz”lə qarşılaşıb. Belə ki, universitet rəhbərliyi aksiyanın təşkilatçılarını və onlara yardım edənlərin kimliyini araşdırıb. Rektor Kamal Abdulla həmin tələbələri əsas korpusda qəbul edib. Aksiyanın əsas 4 təşkilatçısına universitetdən qovulduqları bildirilib. Bundan əlavə, 8 tələbəyə şiddətli töhmət, digərlərinə isə töhmət verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam