Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Tələbənin cəsarətli çıxışı rektoru özündən çıxartdı -ADU-da gərginlik (VİDEO)

efqan

 

Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi ilə rektor Əfqan Abdullayev arasında gərginlik yaşanıb

Yenixeber.org:  Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Əfqan Abdullayevlə 4-cü kurs tələbələri arasında narazılıq səngimək bilmir. Buna səbəb, yeni rektorun bundan öncə ləğv edilən dövlət imtahanını universitetdə bərpa etməsidir.

Ötən gün rektorla tələbələrin görüşü zamanı da mövcud problem yenidən gündəmə gəlib və tələbələrlə rektor arasında narazılıq yaşanıb.

Azxeber.com saytı rektorun tələbələrlə görüşündən çəkilmiş videokadrları yayıb. Qapalı keçirilən görüşdə yuxarı kurs tələbəsi olan qız rektora ləğv edilən dövlət imtahanının yenidən hansı səbəblə keçirilməsini soruşub. Tələbənin sualına isə rektor sərt şəkildə cavab verərək ondan danışığına fikir verməsinə tələb edib. Tələbə bu iraddan sonra yenidən sualına davam edərək 8 fəndən onlara verilən sual sayının olduqca çox olduğunu və bunun nə dərəcədə doğru olduğunu soruşub. Tələbənin cəsarətli çıxışı rektoru yenidən özündən çıxardıb və o suala cavab verməkdən yayınıb. Cavabında tələbə isə rektora “siz bizimlə çox kobud davranırsınız” deyib. Bu ifadə zaldakı digər tələbələr tərəfindən də alqışla qarşılanıb.

Qeyd edək ki, deputat Səməd Seyidovdan sonra rektor təyin olunan Əfqan Abdullayev sələfinin ləğv etdiyi bir çox qərarları yenidən işlək vəziyyətə salıb. Belə ki, universitetdə illərdir ləğv edilən dövlət imtahanı yenidən keçirilməyə başlanılıb. Bu isə bundan öncə universitetdə baş alıb gedən korrupsiya faktlarının yenidən genişlənməsinə şərait yarada bilər.

Həmin görüntüləri təqdim edirik:

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam