Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Hüseyn Cavid Belarusda anıldı- Foto

Hüseyn Cavid Belarusda anıldı

 

 

Belarusda Azərbaycanın böyük ədibi Hüseyn Cavidin anadan olmasının 135 illiyinə həsr edilmiş xatirə tədbiri keçirilib

 

Yenixeber.org: Azərbaycan Dillər Universitetindən Kulta.z-a verilən məlumata görə, ADU-nun və Belarusdakə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə akademik Kamal Abdulla başda olmaqla Çin, Türkiyə, Türkmənistan və Tacikistanın Belarusdakı səfirləri, Belarusun ölkəmizdə səfiri olmuş və Azərbaycanın dostu kimi tanınan Nikolay Paskeviç, Belarus Yazıçılar İttifaqının sədri Nikolay Çerqinets, Minsk Dövlət Linqvistik Universitetinin rektoru, universitetdə Azərbaycan dili və mədəniyyəti mərkəzi yaratmaq arzusunda olan professor Natalya Baranova, universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Mərasim Prezident İlham Əliyevin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq təşkil edilib.

Tədbirdə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Hüseyn Cavidin yaradıcılığı haqqında danışıb.

ADU-nun rektoru K.Abdulla bu gün Azərbaycanda Hüseyn Cavid irsinə böyük ehtiramla yanaşıldığını, Cavidin təbliğatçısı olduğu multikulturalizm ideyalarının xalqımızın həyat tərzinə çevrildiyini diqqətə çatdırıb. Multikulturalizmin Azərbaycanda dövlət siyasəti səviyyəsinə qaldırıldığını deyən akademik bu sahədə mərhum prezident Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb, Prezident İlham Əliyevin bu xətti əzmlə həyata keçirdiyini, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan olunduğunu qeyd edib.

Daha sonra minskli tələbələr belarus və rus dillərində Hüseyn Cavidin şeirlərini səsləndirib, əsərlərindən parçalar oxuyublar. Belarus sənətkarlarının ifasında səslənən Azərbaycan musiqisi nömrələri də tamaşaçıların alqışları ilə qarşılanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam