Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Xutor” hər an alışa bilər– qəsəbə sakinləri səksəkədə

 

Yenixeber.org: Bakının Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində, yolun kənarında yerləşən geniş sahə zibil maşınlarının son dayanacağına çevrilib. “Xutor” kimi tanınan ərazidə bu yerdə əvvəllər hündür hasar olsa da, sonradan onu da dağıdıblar. Sakinlərin virtualaz.org-a bildirdiyinə görə, xüsusən gecə saatlarında naməlum şəxslər xəlvətcə bura iri maşınlarla zibil boşaldılır.

Yaxınlıqda yaşayan Hüsniyyə Əlişova deyir ki, zibilin qoxusundan, ağcaqanadların əlindən mənzillərində rahat yaşaya bilmirlər.

“Bakının ortasında bu cür yeri boş qoyublar. Heç olmasa park salsınlar, yaşıllıq olsun, camaat da gəlib dincəlsin. Gələn zibil atır, üfunətdən evimizdə rahat otura bilmirik. Pəncərəni açmırsan olmur, açırsan da bu qoxu dolur evə”, - deyə şikayətçi bildirir.

“Xutor” hər an alışa bilər

Sakinlər deyirlər ki, burada sovet dövründə qarajlar olub. Lakin sonradan çoxmərtəbəli binalar tikilib, yaşayış kompleksi salınıb. Çox keçmədən həmin binaları da söküb yerini boş saxlayıblar.

Yaxınlıqda yaşayan Baba İsrafilov deyir ki, burada ən böyük problem mütəmadi olaraq zibillərin yanması ilə bağlı yaranır: “Dəfələrlə burada yanğın olub, zibillər yanıb, yanğınsöndürənlər gəlib söndürüblər. Kimin əlinə nə keçir, gətirib atır bura. Əsasən də, gecələr xəlvət gətirib atırlar. Camaat boğaza yığılıb, neçə dəfə icra hakimiyyətinə şikayət eləmişik ki, bunun qarşısını alın, xeyri yoxdur. İnanın ki, səksəkədə yaşayırıq, zibillər hər an alışa bilər”, - deyə B.İsrafilov bildirib.

“Xutor” hər an alışa bilər

Sakinlər deyirlər ki, əraziyə baxan olmadığından, hasarın bir hissəsi uçub. Əvvəlcə daş hasar çəkiləcəyini desələr də, sonradan qalanını da dağıdıblar: “Dedilər hasar çəkəcəyik, çəkən olmadı. Bəlkə hasar olsa, gətirib zibil atmazlar. Belə də ki, zibil atanları cəzalandırmaq lazımdır. Guya bunu tapmaq çətin işdir. Baxın, zibillərin çoxu təkərdir, onu yaxınlıqdakı avtomobil təmir yerindən gətirirlər. Biz istəyirik ki, bu ərazi ilə bağlı tədbir görsünlər: ya yaşıllıq salsınlar, ya da hündür hasar çəksinlər, zibil atan olmasın”, - deyə sakinlər bildirirlər.

“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər
“Xutor” hər an alışa bilər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam