Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Zaur Hüseynovun “Yaşıl Məkan” restoranından şikayət:"Evimizdə rahat otura bilmirik"

 

 

Yasamal rayonu ərazisində yerləşən “Yaşıl Məkan” restoranının fəaliyyəti ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Yenixeber.org:  Bu barədə müraciət edən sakinlər bildirir ki, yaşayış binalarının yaxınlığında inşa edilən restorandakı hay-küy onların rahatlığını pozub:

“Artıq neçə müddətdir ki, evimizdə rahat otura bilmirik. Bir də görürsən restoranın müştərilərindən kimsə sərxoş halda ucadan küçə söyüşləri söyür. Yaxud da restoranda musiqinin səsi gücləndirilir. Adama elə gəlir ki, çal-çağır elə evin içindədir. Dəfələrlə müvafiq qurumlara şikayət etmişik. Lakin tədbir görən yoxdur. Eşitmişik ki, restoran hansısa yüksək vəzifəli şəxsindir. Lakin dəqiq bilmirik ki, kimindir”.

Məlumatda iddia edilir ki, restoranın sahibi Bakı Metropoliteninin rəisi Zaur Hüseynovdur. Lakin o da ola bilər ki, kimlərsə Zaur Hüseynovun adından istifadə edir.

İnfoAZ.org məsələ ilə bağlı Bakı Metropoliteninin rəisindən mövqe öyrənməyə çalışsa da, mümkün olmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam