Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Venesuelaya qarşı hərbi variantı istisna etmirəm”-Tramp

 

ABŞ prezidenti Donald Tramp Venesuelada hərbi əməliyyat keçirilməsini nəzərdən keçirir.

            Yenixeber.org : APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ lideri dövlət katibi Reks Tillerson və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli ilə görüşdən sonra bəyan edib.

“Venesuela elə də uzaq deyil. Orada insanlar əzab çəkir, həlak olurlar. Venesuelaya dair bir çox variant nəzərdən keçirilir. Yeri gəlmişkən, mən hərbi əməliyyat variantını da istisna etmirəm”, deyə D.Tramp bildirib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. İyulun 31-də ABŞ Venesuela prezidenti Nikolas Maduroya qarşı da sanksiya tətbiq edib. Ölkə müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti verilib. Aprelin əvvəlindən ölkədə davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 120-ni ötüb, 2 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam