Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Venesuelada yeni iğtişaşlar –Ölən və yaralananlar var

1490536956

Venesuelada baş vermiş iğtişaşlar nəticəsində bir nəfər ölüb, 131 nəfər yaralanıb.

Yenixeber.org:   RİA Novosti agentliyinə istinadən xəbərə görə, paytaxt Karakasda milli qvardiyaçılar müxalifətin nümayişini dağıdarkən 17 yaşlı gənc öldürülüb.

Mayın 3-də etiraz aksiyalarında xəsarət alan 161 nəfər xəstəxanaya yerləşdirilib. Venesuelada aprelin 4-dən davam edən aksiyalarda ölənlərin sayı 30-u ötüb.

Növbəti etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam