Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Venesuelada kütləvi etiraz aksiyası -Maduro diktaturasının əleyhinə

 

852

Parlamenti hakimiyyətdən məhrum etmək barədə Ali məhkəmənin məlum qərarından sonra Venesuelanı yeni etiraz dağlası bürüyüb.

Yenixeber.org:   Qeyd edək ki, Venesuela parlamenti müxalifətin nəzarəti altındadır.

«Röyter» agentliyinin məlumatına görə, Prezident Nikolas Maduronun əleyhdarları ölkə paytaxtı Karakasda sürət magistrallarından birini bağlayaraq, hakim partiya əleyhinə etirazlara çağırış ediblər.

Mitinqçilər hökumət əleyhinə şüarlar qışqıraraq, Maduronun özünü «diktator», «uzurpator» adlandırıblar.
«Bu gün biz, oyanaraq, küçəni blokladıq» – deyə, müxalifətdən olan deputat Migel Pisarro hadisə yerində bəyan edib.

Ötən cümə axşamı Ali məhkəmə ölkə parlamentinin qanunverici səlahiyyətlərini öz üzərinə götürdüyü barədə qərar çıxardıb və deputatları immunitetdən məhrum edib. Mitinqçilərin fikrincə, son həftə Maduro diktaturasının başlanğıcı olub.

ABŞ Dövlət Departamenti Venesuela Ali məhkəməsinin bu qərarını sərt şəkildə qınayıb.

Bundan başqa, Venesuela Ali məhkəməsinin sözügedən qərarı ilə bağlı Amerika Dövlətləri Təşkilatı (ADT) təcili iclas çağırdığını elan edib. ADT-nın başçısı Luis Alamaqro Venesueladakı hadisələri hökumətin həyata keçirdiyi «müstəqil dövlət çevrilişi»adlandırıb.

Ölkə parlamentində isə bəyan ediblər ki, Ali məhkəmənin parlament hakimiyyətinin zəiflədilməsinə və Konstitusiyanın əleyhinə yönəlik bu qərarı faktiki olaraq, ölkədə diktaturanın qurulması deməkdir. Prezident Nikolas Maduro faktiki olaraq, Venesuelada dövlət çevrilişi həyata keçirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam