Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Azərbaycandakı Rusiya banklarının sirli fəaliyyəti:"Siyasi maraqlar var"

Azərbaycandakı Rusiya banklarının sirli fəaliyyəti...

 

Əkrəm Həsənov: “Zərərlə işləyən bu bankların ölkədə qalması siyasi səbəblərlə bağlıdır”

 

 

 
Xeberinfo.com:    Azərbaycanda fəaliyyət göstərən Rusiya banklarının zərərlə işlədiyi barədə məlumatlar var. Bununla belə, onlar ölkədə qalmaqda israrlıdır. Ekspertlər həmçinin bu banklarda korrupsiya faktlarının həm çoxluğuna, həm də məbləğin yüksəkliyinə diqqət çəkirlər. Bildirilir ki, bankların problemli kreditləri də yüksək həddədir. 
 
Vaxtilə “Bank VTB”-də işləyən, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov musavat.com-a bildirdi ki, ümumən Azərbaycanda iki Rusiya bankı var: “Bank VTB” və “Nikoil bank”: “VTB Rusiyanın dövlət bankıdır. Rusiya dövlətinin orada payı 50 faizdən çoxdur. Amma başqa səhmdarları da var. Rusiyanın VTB-sinin 3 faizi Azərbaycanın Neft Fondunundur. Biz oraya 500 milyon manat qoymuşuq və səhmləri almışıq. Amma "Nikoil bank" özəl bankdır. 
Bank özü adətən deyir ki, Rusiyadakı Azərbaycan oliqarxının, Vahid Ələkbərovundur. Ümumən hər iki bank Azərbaycanda çox ağır itkilərlə işləyir. Ötən ilin maliyyə hesabatlarını “Nikoil bank” açıqlayıb. Açıqlamasına görə, 148,5 milyon manat həcmində zərərlə başa vurub. Bu da maliyyə hesabatlarını açıqlamış banklar arasında ən yüksək rəqəmdir və onun gösstəricisidir ki, vəziyyət pisdir. VTB-yə gəldikdə, yerli VTB-də 51 faiz pay Rusiya VTB-sinindir, 49 faiz “AtaHolding”indir. Bu bank da ili ağır itkilərlə bitirib, amma maliyyə hesabatlarını gizlədir.
Ondan əvvəlki maliyyə hesabatlarından açıq-aşkar görünür ki, bu banklarda vəziyyət çox pisdir, itkilərlə qurtarıblar. Azərbaycandakı Rusiya bankları ən zərərlə işləyən banklardandır. Əsas səbəb korrupsiyadır. Ən pis yerli bankımızı götürsək belə, o bankın sahibi buradadır, özü vəsait oğurlasa da, başqalarının oğurlamasına imkan vermir, çünki bank onundur. Amma VTB-də vəziyyət fərqlidir. Bu bankda işləmişəm, uzun müddət ikinci vəzifəni tutan adam olmuşam, İdarə heyətinin sədr müavini vəzifəsində işləmişəm. Bankın rəhbərliyi Rusiyadadır, Rusiyada da konkret şəxs deyil, o da bir bankdır. Oradan kimlərisə buraya təyin edirlər, onların öz maraqları, daha çox da korrupsiya maraqları olur. VTB bu gün problemli kreditlər içində batır. Çünki kreditləri bank üçün sərf etməyən şərtlərlə veriblər, aşağı girovla veriblər. Bunlar hamısı onun göstəricisidir ki, bank işçiləri o krediti alanlardan qeyri-rəsmi pullar alıblar ki, belə asan şərtlərlə kredit veriblər. Mən VTB-nin daxili təlimatlarının, qaydalarınının hazırlanmasında şəxsən özüm iştirak etmişəm, çox sərtdir əslində. Amma buna baxmayaraq, kreditlərdə girovları onlar formal qiymətləndiriblər, aydındır ki, burada korrupsiya var. Bank özü də korrupsiya hallarını gizlətmir. Misal üçün, ötən il bank iddia edirdi ki, onun filiallarının təmirində 600 minə yaxın yeyinti olub".
Ə.Həsənovun sözlərinə görə, 2010-cu ildə “Bank VTB”də aktiv fəaliyyətə başlayandan kreditlərlə bağlı konfliktlər yaşayıb: “Onların öz maraqları olur. O zaman sədr müavini təyin edilmişdim, Rusiyadan göndərilmiş idarə heyətinin sədri ilə konfliktim çıxdı. Bu, ilk iri kreditin verilməsində oldu. Bir neft şirkətinə 1 milyon yarım kredit verirdilər, guya şirkət neft işi ilə məşğuldur. Mən sənədlərə baxıb dedim ki, boş şeydir, onların pulu yoxdur. O 1 milyon yarım getdi və həmin müştəri bir qəpik də ödəmədi, indiyə kimi də VTB o kreditini qaytara bilmir. Sonra mən hər dəfə bu cür kreditlərin verilməsinin əleyhinə səs verirdim, amma əksəriyyət lehinə səs verirdi. Sonra mən başa düşdüm ki, Rusiyanın özündə bunları himayə edən adamlar var və onlar bundan pul qazanırlar.  Ən sonuncu konfliktim AzMeCo-ya görə olmuşdu. ”Azmetanol" zavodun rəhbəri Nizami Piriyev hətta Beynəxalq Bankdan da xeyli kredit götürmüşdü, illər sonra onu həbs etdilər. Beynəlxalq Bankdan 500 milyondan çox kredit alıb. O zaman AzMeCo VTB-dən 20 milyon dollar kredit istəmişdi. O kreditin əleyhinə idim. Dedim ki, bunlar sadəcə pulu götürüb aradan çıxacaqlar. Amma məni buna görə hətta Rusiyaya çağırdılar, oradan buraya gəldilər. Dedilər ki, sən bu banka işləməyə imkan vermirsən. Mən dedim ki, sizin pulunuzu qoruyuram, deyirəm, problemli kredit olmasın. Ədalət naminə demək lazımdır ki, Rusiya VTB-sində kifayət qədər vicdanlı adamlar da var idi və onlar məni müdafiə edirdilər. Amma sıxma-boğmadan sonra kredit verildi. Bu, elə böyük kredit idi ki, buna razılıq verməsəydim, kredit çıxmayacaqdı. Ona görə mən şərt qoydum ki, iri bir bank buna təminat dursun. O zaman onlar gedib Beynəlxalq Bankdan təminat gətirdilər, bundan sonra razılıq verdim. Kreditin şərtlərini çox ağır yazdım, bir ildən sonra qaytarmalı oldular. Bundan sonra da VTB-dən getdim. İşdən çıxandan sonra isə eşidirdim ki, vəziyyət ildən-ilə pisləşir. Bu gün VTB-yə qarşı bəzi borcalanların işlərini aparıram. Deyirəm ki, krediti verəndə kor olublar, nə olublar, belə krediti vermək olmaz".
Ekspertin fikrincə, bu bankın Azərbaycanda qalmasında siyasi maraqlar var: “VTB-nin dünyanın müxtəlif ölkələrində bankları var, o cümlədən keçmiş MDB-də, Gürcüstanda, Ermənistanda, Qazaxıstanda, Ukraynada, Belorusiyada bankları var. Keçmiş MDB məkanında bütün VTB bankları zərərlə işləyir. Bir müddət sonra başa düşdüm ki, zərərlə işləyən Rusiya banklarının Azərbaycanda qalması siyasi səbəblərlə bağlıdır. Amma Avropa ölkələrində zərərlə işləmir. Yəni, sadəcə, vacibdir ki, bu banklar Azərbaycanda olsun, necə işləyir, işləsin”.
Ə.Həsənov bu bankın müxtəlif qüvvələrlə bağlılığına da diqqət çəkib: “Rusiya VTB-sinin sədrinin birinci müavini Rusiya Federal Təhlükəsizlik Bürosu - FTB-yə bağlı bir adamdır. Yəni Rusiya xüsusi təhlükəsizlik orqanının qurumlarının birinin rəhbəridir. Həmin şəxs bir müddət bizim buradakı VTB-nin Müşahidə Şurasının rəhbəri idi. Mənim belə təsbitlərim var ki, bu bankın Rusiya təhlükəsizlik kəşfiyyat orqanları ilə sıx əlaqəsi var. 
Ona görə bu bank çox güman ki, o məqsədlər üçün istifadə olunur. VTB-də işləyəndə ən böyük əleyhidarım Rusiya VTB-sinin Təhlükəsizlik deparmamenti idi. Hansı ki, birbaşa FTB ilə bağlı idi, hamısı "KQB" işçiləri idi. Onlar ümumiyyətlə, məni bir nömrəli düşmən elan etmişdilər. Azərbaycanda elə adam qalmamışdı ki, onunla görüşüb mənim haqqımda məlumat almasınlar. Bu bankın Rusiyanın dövlət maraqlarını, siyasi maraqları həyata keçirən bir qurum olduğu haqda məndə fikir formalaşıb. Hətta yerli VTB-nin Təhlükəsizlik Departamentinin rəisi bizim MTN-nin keçmiş polkovnikidir. Onun əməllərində o qədər qanunsuzluq tuturdum ki, əslində işləməsi mümkün deyildi, amma yenə də işləyirdi. İcazəsiz və bankın qaydalarını pozaraq kameralar alırdı, onun bu hərəkətini tuturdum, deyirdim ki, burada böyük ehtimalla, korrupsiya halı var, belə şey eləmək olmaz. Və yaxud bir nəfərə kredit vermək istəyirdi, təyinatını yazdırmışdı ki, rüşvət verilmək üçün istəyir. Bunları Moskvaya göndərirdim, deyirdim o adam bu kimi işlərlə məşğuldur. Mənə deyirdilər ki, ona toxuna bilməzsən. O adam indiyə kimi oradadır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam