Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Banka borcu olan hakim bankla bağlı işə baxmayacaq

“Nikoil Bank” tərəfindən məhkəməyə verilən hüquqşünas Əkrəm Həsənovun Yasamal Rayon Məhkəməsini hakimi Zəfər Quliyevə qarşı etirazı qəbul olunub.

"Xeberinfo.com":   Məlumata görə, bu barədə bizimyol.info saytına Əkrəm Həsənov məlumat verib. Onun sözlərinə görə, etirazın Yasamal Rayon Məhkəməsinin sədri tərəfindən qəbul edilməsinin əsası, hakim Zəfər Quliyevin "Nikoil Bank"a olan borcu və onun məsul şəxsi ilə dostluq münasibətidir.

Əkrəm Həsənov qeyd edib ki, bu qərarla vacib presedent yarandı: borclu hakim kreditorun işinə baxmamalıdır.

Hüquqşünasın sözlərinə görə, iş üzrə yeni hakim Sərdar Mehrəliyevdir.

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “Nikoil Bank”ın hüquqşünas Əkrəm Həsənovun bankın nüfuzuna xələl gətirdiyini hesab edərək, təkzib verilməsini və 35 min manat ödənilməsini tələb edir. İddiaya isə Əkrəm Həsənovun Facebook-da yazdığı bir status səbəb olub. “Statusda hansı banklara əmanət qoymaq olar, hansı təhlükəlidir barədə məlumat verərək, qeyd etmişdim ki, Rusiyaya mənsub olan banklar ən təhlükəlidir. Bu sırada “Bank VTB” və “Nikoil Bank”ı göstərmişdim. Rusiyada iqtisadi vəziyyətin çətin olduğunu qeyd edərək, əmanətçilərin pullarının bata biləcəyini yazmışdım. Bir həftə sonra “Nikoil Bank”dan məktub aldım. Onlar bildirdilər ki, “biz Rusiya bankı deyilik”. Bundan sonra mən Facebook-da status paylaşdım ki, “VTB Azərbaycanda Rusiyanın yeganə bankıdır, dediyinə görə, “Nikoil Bank” Rusiya bankı deyil. Buna görə də onu ən təhlükəli banklar siyahısına aid etmirəm”. Faktiki olaraq təkzib verdim”, - deyə Əkrəm Həsənov bildirib.

Bu iddia üzrə Yasamal Rayon Məhkəməsində hazırlıq iclasında Əkrəm Həsənov hakimin iddiaçı olan “Nikoil Bank”da ipoteka kreditinin olmasını və onun bankın İdarə Heyəti sədrinin hüquqi məsələlər üzrə müşaviri Ayxan Rüstəmzadə ilə yaxın dost olmasını əsas gətirərək, etiraz vermişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam