Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kənd təsərrüfatı məhsulları bahalaşdı

 

Bu ilin yanvar-aprel aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 795,6 mln. manat olub.

   "xeberinfo.com": Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0%, bitkiçilik məhsulları üzrə isə 9,1% artıb.

“Ölkədə yazlıq bitkilərin kütləvi əkini davam edir. May ayının 1-i vəziyyətinə 262,0 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 40,7 min hektarda dənli və dənli paxlalı bitkilər, 57,5 min hektarda kartof, 52,5 min hektarda tərəvəz bitkiləri, 18,1 min hektarda ərzaq üçün bostan bitkiləri, 14,8 min hektarda pambıq, 7,2 min hektarda dən üçün günəbaxan, 4,6 min hektarda şəkər çuğunduru, 756 hektarda tütün, 63,3 min hektarda çoxillik, 1,4 min hektarda isə birillik otlar əkilib”, - deyə komitənin məlumatında bildirilib.

Qeyd edilib ki, yazlıq əkinlərin strukturunda yazlıq dənli və dənli paxlalılar (qarğıdalı daxil olmaqla) 15,6%, texniki bitkilər 10,4%, kartof, tərəvəz və bostan bitkiləri 48,8%, yem bitkiləri 24,7% təşkil edib.

Təsərrüfatlarda 46,6 min ton tərəvəz məhsulları və 6,0 min ton faraş kartof istehsal edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam