Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu il Azərbaycanda 10 min hektar ərazidə yeni qoz bağları salınacaq

 

 

Bu il Azərbaycanda yeni qoz bağlarının salınması nəzərdə tutulur, yerlər müəyyən edilib

 

Yenixeber.org: Bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

“Özəl sektor bu işə çox böyük maraq göstərir və təqribən 10 min hektar ərazidə yeni qoz bağları salınacaq. Bir neçə ildən sonra bu da çox böyük gəlir gətirən ixrac sahəsi olacaq”, - o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, 2016-2017-ci illərdə tövsiyə əsasında 200 hektar ərazidə yeni badam bağları salınıb: “Məsələni təhlil etməyə başlayanda mən gördüm ki, Azərbaycanda cəmi 1000 hektarda badam bağları vardır, onların da təqribən 900 hektarı Naxçıvan MR-dadır. Abşeronda, Bakıətrafı yerlərdə, Xızı, Siyəzən, Şabran zonalarında badam yetişdirilməsi üçün çox gözəl təbii şərait var, ona görə belə bir tövsiyə verdik, çağırış etdik. İki ildə 200 hektarda badam bağları salınıb. Əlbəttə ki, başlanğıc üçün bu, yaxşı göstəricidir, ancaq artmalıdır. Ölkəmizdə minlərlə hektarda badam bağları salınmalıdır, badam emalı fabriki tikilməlidir, paketləmə olmalıdır. Qısa müddət ərzində daxili bazarı təmin etməliyik, ixrac etməliyik”.

“Fındıqçılıq sürətlə inkişaf edir. 2016-2017-ci illərdə 30 minə yaxın hektarda yeni fındıq bağları salınıb. Bizim ümumi fındıq bağlarının sahəsi 67 min hektardır. Yəni, biz iki il ərzində bağların sahəsini təxminən iki dəfə artırmışıq və bu da son hədd deyil. Fındıq bağlarının sahəsi 80 min hektara çatmalıdır. Təbii ki, biz indikindən iki, bəlkə üç dəfə çox məhsul götürməliyik. Onu da qeyd etməliyəm ki, fındıq pöhrələrinin alınmasını dövlət öz üzərinə götürüb. Fındığın ixracı da artır. Keçən il 114 mln. dollar həcmində fındıq ixrac etmişik”, - İ.Əliyev bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam