Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ərdoğan ABŞ-dan Güləni tələb edir

 

    Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra ilk dəfə geniş müsahibə verib.
"xeberinfo.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, prestijli PSB kanalının əməkdaşı Çarli Rozaya müsahibə verən Ərdoğan ABŞ-dan gözlədiklərini açıq ifadə edib. 
Ərdoğan bildirib ki, erməni məsələsini "soyqırım" kimi tanımağı mümkün deyil: "Əgər soyqırım olsaydı bugün Türkiyədə erməni olmazdı".
İsraillə bağlı məsələyə isə Ərdoğan "Prezident Obamaya təşəkkür edirəm. Onun göstərdiyi iradəni çox yüksək dəyərləndirirəm. Baş nazir Netanyahunun telefon açaraq üzr istəməsi yalnız Obamanın səyləri nəticəsində ola bilərdi"- deyib.
"Mən baş nazir olandan sonra Fətullah Gülənlə görüşməmişəm. Telefonla danışmışam. Bələdiyyə başqanı olanda görüşlərim olmuşdu. İlk iki müddətdə münasibətlər normal idi. Əslində problem 2010 konstitusiya referendumundan sonra başladı. Orada güc qazanmaq məsələsi var idi. Bir çox fərqli yönlərə sızmağa çalışdıqlarının fərqinə varmışdım. Amma pis niyyətlərinin fərqində deyildim. Sonra bunu da hiss etdim. Qarşısını almağa başladım. 
17-25 dekabr... Bunlar son idi.  Bu zərbə idi, bir zərbə cəhdi idi. Əgər mən xaricdən gələndən sonra bu hadisələrə səs çıxarmasaydım hər şey başqa cür olardı. Ofisimə dinləmə çihazı yerləşdirmişdilər, nazirləri dinləmişdilər. Bunları dinləyən insanların vətənpərvərliyindən danışa bilərsinizmi? Bunu təşkilat olaraq görürəm"- Ərdoğan bildirib.
"ABŞ-dan gözlədikləriniz nədir" sualına Ərdoğan "Bunları ölkəsindən çıxarmasını. Mən ABŞ-ın təhlükəsizliyini təhdid edən birinə qarşı necə hərəkət edərəmsə, ABŞ-dan da onu gözləyirəm"- cavabını verib.
Jurnalistin "ABŞ Fətullah Güləni təhvil verəcəkmi" sualına isə Ərdoğan "Ümid edirəm ki, verəcək. Ən azı deportasiya etməlidir"- deyib. 
Krım məsələsinə toxunan Ərdoğan "Putinlə bir birimizə qarşılıqlı sevgi və hörmətimiz var. Krımla bağlı söhbətimizdə Putinə bu elədiklərinin yanlış olduğunu söylədim"- deyib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam