Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ərdoğan İsrail və Norveçə təşəkkür etdi

 

     Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında çıxış edib. 
"xeberinfo.com": Məlumata görə, çıxışının çox hissəsində Somada mədən faciəsindən bəhs edən Ərdoğan İsrail və Norveçə də təşəkkür edib. 
"Somada bir qəza baş verdi. Xəbəri alan kimi, enerji və təbii sərvətlər naziri Taner Yıldıza Somaya getməsini söylədim. Komandasını yığıb Somaya getdi. Taner Yıldız Somada vəziyyəti koordinasiya etdi, orada yatıb-durdu. Bu əzmi üçün Taner bəyə təşəkkür edirəm"-Ərdoğan deyib. 
Ərdoğan mədən faciəsinin hakimiyyətə qarşı istifadə olunmasından da danışıb. Və bunun işə yaramadığını, türk xalqının daha da sıx birləşdirdiyini qeyd edib: "Bütün böyük fəlakətlərdə olduğu kimi Soma faciəsində də millətimiz tək ürək oldu. Bəzi istisnalar xaricində 77 milyonun bir olduğunu bu hadisədə dünyaya göstərdi. 3 gün matəm elan etdik. Bayraqları yarıya endirdik. Hadisəyə siyasi istismar vasitəsi kimi baxmayan partiyalara təşəkkür edirəm. Məsuliyyətlə işləyən mətbuata təşəkkür edirəm". 
Baş nazir İsrail və Norveçə də təşəkkür edib: "Ankarada milli gün qəbulunu təxirə salan İsrail və Norveçə təşəkkür edirəm".
Ərdoğan çıxışının sonunda keçən həftə vəfat edən CHP millət vəkili Aslanoğluna da rəhmət diləyib. Ailəsinə və CHP-yə başsağlığı verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam