Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Müəllimlərin işə qəbulu ilə bağlı qalmaqal: “Vakant yerlərin hamısı elan olunsun”

m;;

Ölkənin dörd yanından Təhsil Nazirliyinə kütləvi şikayətlər ünvanlandı

Xeberinfo.com:    Müsabiqə iştirakçıları məktəblərdə vakant yerlərin gizlədildiyini, direktor tərəfindən satıldığını iddia edirlər.

İyulun 22-dən Azərbaycanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanılıb. Namizədlərə ixtisaslarına uyğun olaraq məktəblərin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.
Təhsil Nazirliyindən mətbuata verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir. Müraciət edənlərdən 31 779 nəfərinin elektron ərizəsi təsdiq edilib. Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb. Bu rəqəm müraciət edən müəllimlərin sayından təqribən 9 dəfə az yer deməkdir. İmtahanların bitməsinə 1 gün qalmış isə namizədlər Bizimyol.info-ya müraciət edərək şikayətlərini bildiriblər.

İyulun 26-da imtahan vermiş Bakı sakini, Azərbaycan dili və ədəbiyyat müəllimi olan F.Əsgərov deyir ki, əsas məsələ vakant yerlərin yoxluğundadır. “Məsələn, bu il Bakı şəhərində dil-ədəbiyyat üçün 2-3 yer ayrılıb. Bunun əsas səbəbi məktəb direktorlarının boş yerləri Təhsil Nazirliyinə göndərməməsidir. Çünki direktorlar pul alıb özləri müəllimləri işə götürür. Bu səbəbdən mənim kimi neçə gənc müəllim kənarda qalır. Qəzetiniz vasitəsi ilə təhsil naziri Mikayıl Cabbarov cənablarına səslənmək istəyirəm ki, bu məsələlərlə şəxsən özü maraqlansın. Yaşadığım qəsəbədəki məktəbdə hal-hazırda boş yer olduğunu bilirəm. Ancaq direktor bunu nazirliyə təqdim etmir”.

Zaqatala rayonunda yaşayan Azərbaycan dili-ədəbiyyat müəllimi Vüsalə Bədəlova deyir ki, gənc müəllimlər olaraq Təhsil Nazirliyindən vakant yerlərin məktəb direktorları və rayon təhsil şöbələri tərəfindən gizlədilməsinə mane olmalarını xahiş edirlər: “Hər il minlərlə tələbə “müəllim” adını qazanır. Hər birimiz əziýyətlə təhsilimizi başa vururuq, müəllimlərin işə qəbul imtahanında iştirak edirik, yüksək nəticə göstəririrk, lakin ixtisasımıza uyğun iş yeri ilə təmin olunmuruq. Çünki verilmiş vakant yerlər çox azdır. Vakant yerlər direktorlar və ya rayon təhsil şöbələri tərəfindən gizlədilir. Bizim haqqımız olan yerlərə savadsız, işini, ixtisasını bilməyənlər işə götürülür. Biz Təhsil Nazirliyindən xahiş edirik ki, vakant yerlərin gizlədilməsini aşkar etsinlər və həmin yerləri “vakant yer seçimi”nə buraxsınlar. İmtahanda 70-80% nəticə göstərən müəllimlərin işsiz qalması və bunun əvəzində savadsız, imtahan verməyən kadrların hansısa yolla işə qəbul olunması nə dərəcədə doğru addımdır?! Ümid edirik, təhsilin, millətin gələcəyini düşünən bir şəxs kimi bizim şikayətlərimizi qəbul edər və müəyyən tədbirlər görərsiz. Bizlər pedoqoji qabiliyyətimizə və savadımıza güvənib imtahan vermişik və boş yerlərin vakansiyaya çıxarılmasını tələb edirik!”

V.Bədəlova deyir ki, Zaqatalada iki ildir imtahan verməsinə baxmayaraq rayona vakant yer verilmir. Xanım isə belə böyük bir rayonda nəyə görə Azərbaycan dili-ədəbiyyat müəlliminə ehtiyac olmadığını sorğulayır: “Sentyabr gəldikdə məktəblərdə yeni “müəllimlər” peyda olur. Əgər həmin yer vakansiya olaraq göstərilməyibsə, necə o məllimlər işləyə bilir? Bu boyda respublikada dil-ədəbiyyat müəllimləri üçün cəmi 160 yer ayrılıb. Necə ola bilər bu? Təhsil Nazirliyi müəllimlik fakultəsindən məzun etdiyi tələbələrin sayı ilə bu rəqəmi müqayisə etsin zəhmət olmasa. Lap tutaq ki, öz rayonumuzda yer yoxdur. Yazdıq başqa rayonu. Evlə təmin etmirlər. Özümüz ev tapmalıyıq. Tətbiq edilən həvəsləndirmə tədbirindən də vergi tutulut. Maaşımızla özümüzü zorla dolandıra bilərik, ütəgəl də evimizdən, ailəmizdən ayrı qalacağıq. Həm də H1-H2 ilə verilən yerlər çox şəraitsiz, yaşayışı çətin olan yerlərdir. Mən oraları aşağılamıram. Sadəcə təkbaşına bir qız gedib elə yerdə necə qalsın, heç düşünmürlər”.

Gəncə şəhərində yaşayan Azərbaycan dili-ədəbiyyat müəlliməsi Nərmin Mehdiyeva də deyir ki, problem yaşadıqları bölgələrdə məktəblərdə vakansiyaların gizlədilməsidir: “Belə ki, Gəncə kimi böyük şəhərdə mənim ixtisasım olan Azərbaycan dili və ədəbiyyat üzrə bir vakansiya belə verilməyib. Mən imtahanda 85% nəticə göstərdiyim halda işsiz qalmalı olacam. Öz oxuduğum məktəbdə bu il 3 müəllim təqaüd yaşı çatdığı üçün işdən çıxarılacaqdı. Ümidlə həmin yerləri gözləyirdim. Təəssüf ki, heç birini də çıxarmadılar. Bunu mənə həmin məktəbin əvvəlki direktor müavini dedi. Mən də dedim ki, inşallah ,imtahanda yaxşı bal toplayıb yazacam. O isə cavabında əvvəl «gəl direktorla danış, pulsuz vakansiyaya çıxarmayacaq dedi. Mənin də maddi imkanım olmadığı üçün gedə bilmədim». Bundan başqa Gəncə şəhərində Gülüstan qəsəbəsində (Kəlbəcər məktəbi) şəhər üçün keçid balını keçməmiş bir müəllimin işə düzəldilməsi barədə faktı dəqiq bilirəm. Sadəcə olaraq hələ seçim turunun başlanmasını gözləyirlər. Bizə o maraqlıdır ki, deməli yer varmış”.

Şabran rayonundan olan Zülfiyyə Eyvazova deyir ki, elə rayonlar var ki, vakansiya vermir: “Misal üçün, Şabran rayonu Xəlfələr kəndində bir yer vakansiya verib. Hansı ki, Şabran rayon və ona yaxın rayonda dil ədəbiyyat müəllimliyi üzrə bütün müəllimlər kəndlər üzrə miniumum keçidi – 36 balı keçənlər hamsı gözünü o kənddəki bircə yerə dikib. Halbuki bir nəfər işləməlidir. Bəs bizim 36 balı toplayib keçid balı keçənlərin aqibəti necə olsun? Mən iki ildir ki, imtahan verirəm, keçirəm. Nəticə eynidir – düşmürəm, vakansiya yoxdur. Eyni hal Qusar rayonuna da aiddir. Bu il orda da vakansiya yoxdur. O boyda rayon kəndləri vakansiya vermir. Belə olan halda biz müəllimlər nə edək? Çarə deyin…!»

Xəyalə Abbasova deyir ki, o bu il Qusardan imtahan verib. Ancaq orada da dil-ədəbiyyat müəllimliyi ixtisası üzrə bircə yer belə yoxdur: “Elə kəndlərimiz var ki, orada bu ixtisas üzrə müəllimə ehtiyac var. Mən də bu il imtahan verib, keçid balını keçmişəm. Ancaq ətraf rayonları yazmağa məcburam. Məsələ ilə bağlı bütün rayonlarda ciddi araşdırmalar aparılsa, yaxşı olardı. Çox vaxt məktəb direktorları şagirdlərin dil-ədəbiyyat fənni üzrə biliklərinin zəif olduğunu deyirlər. Xüsusi ilə bizdə belədir. Məktəblərimizdə ali savadlı gənc kadrlar olduqca azdır. Demək olar ki, heç yoxdur. Üstəlik bu ibitdai sinif müəllimliyi ixtisasına da aiddir. Rayon üzrə cəmi 2 vakansiya ayrılıb. Məktəblərdə isə ingilis dili müəllimləri ibtidai siniflərə dərs deyir. Həqiqətən çox üzücü bir haldır”.

Coğrafiya müəllimi olan Rəqsanə Qasımova deyir ki, ailəsi rayonda tək başına işləməyinə icazə vermir: “Bakı şəhəri üzrə isə cəmi 1 vakansiya var. Düşünün ki, neçə nəfər verəcək bu vakansiya üzrə imtahanı? Bir halda ki, vakansiya buraxılmırdı, nə üçün hər il bu ixtisas üzrə neçə nəfər tələbə qəbul olunur? Məsələyə ciddi yanaşsınlar. İlk ildən həvəsimizi öldürürlər”.

Leyla Əkbərova deyir ki, imtahanda 55 bal toplayıb. Bakı şəhəri üzrə isə yalnız Makarenko adına gimnaziyada Azərbaycan dili-ədəbiyyat müəlliminə ehtiyac yaranıb: “Lakin yüzlərlə Azərbaycan dili-ədəbiyyat müəllimi imtahan verib. Mən Bakı şəhəri üzrə vakant Azərbaycan dili-ədəbiyyat müəllimi yerlərinin açıqlanmasını xahiş edirəm. Yüksək bal toplayıb işə qəbul olunmamaq gülüncdür. Üstəlik mən heç bir kursda, müəllim yanında hazırlaşmadan bu balı toplamışam. Mənim ümumi imtahan barədə narazılıqlarım var. Əvvəla, imtahanda metodikadan 10 sual düşəcək dedilər, amma istifadə olunmaq üçün ədəbiyyat siyahısı verilmədi. Mən 3-4 mənbədən hazırlaşdım. Lakin, qarşıma bir neçə sual çıxdı ki, həmin mənbələrdə yox idi. İkincisi, eyni suallar düşür. Hər kəs də bir-biri ilə bu sualları paylaşır. Mən Azərbaycan dili üzrə ən birinci imtahan verən qrupda idim. Lakin bizdən sonra bir neçə gün imtahan oldu. Suallar şifahi olaraq əldən-ələ keçdi”.

L.Əkbərova deyir ki, daha bir problem müsahibə mərhələsidir. Heç bir iş təcrübəsi olmayan müəllimdən müsahibə mərhələsində kurikulum sistemi üzrə icmal dərs tələb etmək gülüncdür: “Hər kəs bilir ki, işə yeni qəbul edilən müəllimləri dövlət öz hesabına kurikulum üzrə müəyyən kurslara göndərir. Bəs indi məntiqlidirmi ki, mən müsahibə mərhələsində kurikulum üzrə dərs keçim sonra dövlət məni kursa göndərsin? Məncə müəllimlərin işə qəbul imtahanına bir az ciddi yanaşmaq lazımdır. Necə gəldi yox. Sistemli, məntiqli təşkil edilməlidir. Çatışmazlıqlar aradan qalxsa, yaxşı olar. Müəllimlərin diaqnostik qiymətləndirməsində illərlə stajı olan müəllimlər fənn üzrə 40 sualdan 20-25 düz yazmışdılar. Lakin onlar hələ də müəllim kimi fəaliyyət göstərirlər. İxtisas üzrə 98-100 faiz nəticə göstərən bizlər müəllimliyə qəbul edilmirik. Budurmu bizim təhsilimiz? Budurmu bizim təhsil siyasətimiz?”

Nargiz Musayeva deyir ki, Ağdaş rayon Abad kəndində tarix fənni üzrə vakansiya gizlədilib: “Tarix ixtisası üzrə 50 bal toplamışam. Ağdaş rayon Faiq Zinharov adına Abad kənd tam orta məktəbində tarix ixtisası üzrə vakansiya tələb edirəm. Qeyd edim ki, məktəbimizdə bir tarix müəllimi var bütün dərs yükü onun üzərindədir. O da Mingəçevirdən gəlib, ailəlidir. Dərsləri yetərincə tədris edə bilmir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı konkret faktlarla nazirliyə müraciət edilməlidir. Yəni hansı rayonda, hansı məktəbdə vakansiya gizlədilirsə, bununla bağlı nazirliyə məlumat verilməlidir. Nazirliyin özünün də marağındadır ki, bu məsələlər araşdırılsın. Indiyə kimi bu məsələ ilə bağlı müraciətlər olub və faktlar araşdırılaraq tədbirlər görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam