Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Müəllimlərin işə qəbulu: cəmi 3381 vakansiya müsabiqəyə çıxarılıb

 

252499

Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Xeberinfo.com:   Təhsil Nazirliyindən verilən xəbərə görə, 22 iyul–3 avqust tarixlərində keçirilən test imtahanı mərhələsində elektron ərizəsi təsdiq edilən 31 779 nəfərin 27 814 nəfəri iştirak edib.

Artıq müsabiqənin üçüncü mərhələsinə–vakansiya seçimlərinə start verilib. Namizədlər 7 avqust saat 24:00-a kimi davam edəcək bu mərhələdə şəxsi səhifələrinə daxil olaraq, topladıqları bala uyğun vakant yerləri seçəcəklər.
Hazırda respublikanın ümumi təhsil müəssisələrində mövcud olan 3 381 vakansiya müsabiqəyə çıxarılıb. Namizədlərin nəzərinə çatdırırıq ki, vakant yerləri seçdikdən sonra elektron ərizəni təsdiq etmək zəruridir.
Növbəti mərhələyə keçmək hüququ əldə etmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə ibtidai sinif müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, ingilis dili müəllimliyi ixtisasları üzrə namizədlərin sayı üstünlük təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam