Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu gündən Müəllim olmaq istəyənlərin imtahanları başlayıb

 

İyulun 21-də ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.

 

"Xeberinfo.com":  Məlumata görə, iyulun 21-dən 29-dək  aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi 135) keçiriləcək.

 

Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.

 

Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə, 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir.

 

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər aşağıdakı şəhər və rayonlar üzrə olub: Bakı şəhəri üzrə 351 yer (10,14 faiz), Cəlilabad rayonu üzrə 202 yer (5,83 faiz), Laçın rayonu üzrə 180 yer (5,20 faiz), Quba rayonu üzrə 172 yer (4,96 faiz), Lerik rayonu üzrə 165 yer (4,76 faiz).

 

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam