Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

AYAZ

 

Xeberinfo.com:  Mənim Mələyim, Afaqım, Ayazım! Hamınıza möhkəm can sağlığı, sağlam təfəkkür və xoş gələcək arzu edirəm (həmin xoş arzulardan Səyyarə müəllimin də payı var). Kifayət qədər həyat təcrübəsi olan ahıl insanları-böyükləri eşitmək, dinləmək xoş gələcəyi düzgün görməkdir. “Yer oturanın, söz götürənəndir”,- demişlər.

1.”Dığ-dığ yıxan evi Allah da tikə bilməz”.

2.”Dili şirin olanın, dilbəri də şirin olar.

3. Atın yüyəni sahibinin (kişinin) əlində olar. Yüyən kənar şəxslərin əlinə keçəndə istiqamət itir, hər şey darmadağın olur (Bu ifadə mənimdir).

 

AYAZ

Birinci hissə

Daxildən üzülüb dərdlərə düşdün,

Xainin torunu görmədin, Ayaz.          

İşindən bezikib çöllərə düşdün,

Bircənin qədrini bilmədin, Ayaz.

 

Dərinə, ifrata, haqqa getmədin,

Təzyiqə-yoxluğa dözə bilmədin,       

Mühitə-duruma sinə gərmədin,

Gələcək günləri görmədin, Ayaz.

 

Yad elə, paraya üz tutub uçdun,

Çiy sözə, tərifə gül olub susdun,

Vəzifə eşqinə can qoyub durdun,  

Ülfətli həyatı seçmədin, Ayaz.

 

Ananı dərdlədib yadı bəslədin,

Afaqı ağladıb xarı səslədin,                 

Yamanı unudub haqqı həslədin,

Evində Ulunu saymadın, Ayaz.

 

Pis günü gətirdin bircə balana,

Göz yaşı tökdürdün qoca Atana,       

Dərd-bala yuğurdun evdə qalana,

 Əməli salehə çəkmədin, Ayaz.

 

Dərd dağı verdirdin türfə-bəzəyi,

Göz dağı yetirdin körpə Mələyi.

Dığ-dığı sırıdın, ümdə diəyi?                     

Nəvəyə Atalıq etmədin, Ayaz.

 

Nənə də qocadı, coşub çalxanır,

Ana da  dardadı, dayaq axtarır,           

Övlad da təkcədi, sənsiz saxlanır,

Ayrılıq dərdini duymadın, Ayaz?

 

 

İkinci hissə

Qanları qatışıq millətmi olar?

Süfrəsi bulaşıq halalmı olar?              

Genləri qarışıq qarantmı olar?

Yad eldə vardırmı dəstəyin, Ayaz?

 

Qurulmuş qaydaya cəfa çəkmişik,

Qanunu pozana cəza vermişik,           

Məhəmməd elminə səcdə etmişik,

“QURAN”da yer alıb əyalın, Ayaz.

 

“Qanana can qurban” bilib deyiblər,

“Çox görüb”, “az qanıb” deyib ötüblər,

“Gör götür dünyası” qoyub gediblər,       

Haqq olan dünyaya qoşulun, Ayaz.

 

Məhv edın məqamda xofun özünü.

Yandırın alovda zayın sözünü,                    

Söndürün ocaqda xarın közünü,

Gələcək naminə birikin, Ayaz.

 

Unudun evlikdə küsü- umunu,

Susdurun dodaqda duzlu məvhumu,

Durdurun yerində dili uzunu,                        

Şirin dil dayağın, dövlətin, Ayaz.

 

 

Dünyaya baxışın yetərincədir,

Təşkildə təklifın layiqincədir,              

Evində rəftarın tərs deyincədir,

Xoş günlər naminə barışın, Ayaz.

 

Lüğətdə həsləmək- mübahisədə  məğlub olmaq, fikrindən dönmək, geri çəkilmək kimi izah olunur.

 

Quliyev Elxan Sarı o.                   

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam