Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Mütəllibov Xocalı faciəsinin olacağını bilirdi"

“Xocalı faciəsinin baş verəcəyini Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibov bilirdi. Mən buna şahidəm”.

 

Xeberinfo.com:  Bu fikirləri azvision.az-a açıqlamasında eks-prezident Ayaz Mütəllibovun yaxın dostu, Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə deyib. 

Deputat bildirib ki, A.Mütəllibov faciənin qarşısını almağa çalışsa da buna nail ola bilməyib: “Ayaz Mütəllibov faciənin baş verəcəyi barədə informasiyanı gizlətməyib. Buna şəxsən şahidəm. Çünki, Xocalıya qarşı təhlükəni bilirdi. Faciənin qarşısını almaq üçün Ağdama pul, hərbi sursat göndərmişdi. Həmçinin, Tahir Əliyevi komendant təyin etmişdi. Eyni zamanda Tamerlan Qarayevi də ora göndərmişdi. Çünki o, Ağdamdan idi və onun Xocalıya kömək üçün imkanları var idi”, -deyə A.Əlizadə vurğulayıb. 

Deputat bildirib ki, Xocalı faciəsinin törədilməsində günahkar Ermənistan və onun havadarlarıdır: “Xocalı faciəsinin törədilməsində günahkar Ermənistan, onun arxasında duran Rusiyadır. O vaxt Rusiya prezidenti olan Boris Yeltsinin ətrafında çox sayda ermənipərəst adamlar var idi. Onlar bundan məharətlə istifadə edə bilirdilər”. 

Xatırladaq ki, Azərbaycanın hərbi prokuroru, general-leytenant Xanlar Vəliyev bir neçə gün öncə mətbuata açıqlamasında Azərbaycanın o zamankı prezidenti Ayaz Mütəllibovun Xocalı faciəsinin baş verəcəyini əvvəlcədən bildiyini deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam