Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

YAP-ın 70 namizədi qalib gəldi - AÇIQLAMA

Azərbaycanda növbəti parlament seçkiləri baş tutdu.

Xeberinfo.com:   Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icraçı katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən mətbuat konfrasında deyib.

Ə.Əhmədov bildirib ki, Azərbaycanda parlament seçkiləri ədalətli və şəffaf keçib: "Azərbaycan vətəndaşları seçkilərdə fəal iştirak edib. İlkin nəticələrə görə, seçicilərin 55 faizindən çoxu səsvermədə iştirak edib. Hər hansı ciddi qanun pozuntusu qeydə alınmayıb. Bu da Azərbaycanda seçkinin demokratik və şəffaf keçdiyini göstərir".

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının seçkilərdə böyük şansları var: "İnanırıq ki, bizim irəli sürdüyümüz namizədlər böyük uğur qazanacaqlar. Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin ilkin nəticələri ilə bağlı səhərə qədər yoxlama aparılacaq və bu nəticələrin "exit-poll"un nəticələrinə uyğun olacağını düşünürük".

Ə.Əhmədov bildirib ki, bütövlükdə seçki normal şəraitdə keçib: “Azərbaycanda seçki şəraitinin normal keçməsi Azərbaycanın seçki sahəsində əldə etdiyi uğurlardan xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalqın hakimiyyətə və dövlətə böyük etimadı olduğunu göstərir. Bu etimad özünü bu gün seçkilərdə göstərdi. Mən sizin hər birinizi Azərbaycanda keçirilən növbəti uğurlu seçkilərlə bağlı təbrik edirəm”.

Ə.Əhmədov düşünür ki, seçkinin nəticələrinə görə YAP namizədlərindən təxminən 70-i qalib olacaq.

YAP rəsmisi sosial şəbəkələrdə yayılan seçki ilə bağlı nöqsanlara da aydınlıq gətirib: “Bu, təbii ki, MSK tərəfindən araşdırılacaq və nəticələri elan olunacaq. Sosial şəbəkələrdə paylaşılan nöqsanlar bizim rəqiblərimiz tərəfindən seçkilərə kölgə salmaq məqsədi də güdə bilər”.(Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam