Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Əli Əhmədov seçkilərlə bağlı açıqlama verdi

 

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov partiyada bu gün keçirilmiş bələdiyyə seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında iştirak edib. 

"Xeberinfo.com":  Məlumata görə, Ə.Əhmədov bildirib ki, bütövlükdə YAP-dan bələdiyyə seçkilərində 16 760 nəfərin namizədliyi irəli sürülüb: “Onlardan 13 404 nəfəri partiya tərəfindən, 3356 nəfəri isə namizədliyini fərdi qaydada irəli sürüb”.

O, qeyd edib ki, ümumi namizədlərin təxminən 40 faizi YAP-dan olub: “Bu onu göstərir ki, YAP-ın seçkilərdə fəaliyyəti geniş əhatəli olub”.

Seçki kampaniyası ilə əlaqədar görülən işlər barədə məlumat verən Ə.Əhmədov qeyd edib ki, bütün bələdiyyələrdə YAP-dan olan namizədlərin təşviqat kampaniyası təşkil edilib. Onların seçkilərdə uğur qazanması üçün əsaslar yaradılıb.

“İstinad etdiyimiz bütün resurslar partiyanın uğur qazanması üçün əsas yaradır. Bundan əvvəlki seçkilərdə YAP-ın namizədləri 60 faizdən çox səs toplayıblar. Builki seçkilərdə daha yüksək nəticələr, uğurlar qaznmağımıza imkan və əsaslarımız var”.

Ə.Əhmədov deyib ki, ötən seçkilərdə bələdiyyələrə üzvlər arasında qadınların və gənclərin sayı bir neçə dəfə artıb: “Bələdiyyələrin tərkibində qadınların sayı 29 faizə qədər, gənclərin sayı isə 24 faizə qədər çoxalıb. Bu ildə də gənclər və qadınların sayının artmasına xüsusi diqqət verdik, namizədləri seçərkən bu məqam nəzərə alındı. Budəfəki seçkilərdə daha çox qadınların və gənclərin mandat alacağına inanırıq”.

Baş nazirin müavini bildirib ki, bütövlükdə YAP seçki kampaniyasının gedişini yüksək qiymətləndirir. 

O, əlavə edib ki, hər hansı ciddi qanun pozuntusunun olması barədə məlumatlar daxil olmayıb: “Hesab edirəm ki, seçkilər uğurla keçib”.

Ə.Əhmədov xatırladıb ki, partiyanın seçki platforması “Rifah və quruculuq naminə” adlanıb. Bütün bələdiyyələrlə qəbul edilmiş vahid forma əsasında plakatlar buraxılıb: “İnanıram ki, bu seçki kampanyasında əldə etdiyimiz uğurlar 5 il əvvəl əldə etdiklərimizdən yüksək olacaq. YAP sevinir ki, yeni bir seçki kampaniyasını uğurla baş çatdırıb”. 

 

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam