Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Füzulidə Milli Musiqi günü qeyd olundu- FOTOLAR


 

18 sentyabr - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün respublikamızda Milli Musiqi Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamı ilə Üzeyir Hacıbəylinin anadan olduğu gün sentyabrın 18-i ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilir.

"Xeberinfo.com":   Məlumata görə, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibəti ilə Horadiz şəhərindəki Muğam Mərkəzində dahi bəstəkara həsr olunmuş ədəbi-bədi kompozisiya təşkil olunmuşdur. Rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən təşkil olunan ədəbi-bədi kompozisiyada rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, idarə, müəssisələrin rəhbrələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Ədəbi-bədi kompozisiya musiqisi Ü.Hacıbəyliyə məxsus olan Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başlanmışdır. Tədbirdə dahi bəstəkarın romanslarından hissələr oxunmuş, şerləri səsləndirilmiş, bəstəkarın “O, olmasın, bu olsun”, “Arşın mal alan” kimi musiqili komediyalarından hissələr səhnələşdirilmişdir.

Bildirilmişdir ki, bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi Üzeyir Hacıbəylinin ədəbi irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu Azərbaycan mədəniyyətinə, musiqisinə xidmət edən bu unudulmaz şəxsiyyət 300-dən çox xalq mahnısını nota salıb, marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi də məşhurdur.

Üzeyir Hacıbəylinin 130 illik yubileyinin keçirilməsi barədə rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən Tədbirlər Planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq rayonun bir sıra yaşayış məntəqələrində sislisə tədbirlər keçirilmiş, dahi bəstəkarın əsərlərindən mahnılar oxunmuş, operaları səhnələşdirilmişdir. 











        

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam