Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Füzuli rayonunda İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilib

 

Horadizdə İlyas Əfəndiyev – 100 il adlı tədbir keçirildi

 

"Xeberinfo.com": Ölkə prezident cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq respublikamızda Xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin 100 illik yubileyi keçirilir.  Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illik yubilyi doğulduğu Füzuli rayonunda da silsilə tədbirlərlə qeyd olunur. Xalq yazıçısının 100 illik yubileyinin keçirilməsi barədə rayon İcra Hakimiyyəti tərəfindən Sərəncam imzalanmış, Tədbirlər Planı hazırlanmışdır.

Tədbirlər planına uyğun olaraq Horadiz şəhərindəki Muğam Mərkəzində İlyas Əfəndiyev – 100 il adlı tədbir keçirilmişdir. Tədbirdə Baş Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev iştirak etmişdir.

Yubiley tədbirində rayonun idarə müəssisə təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, ictimayət nümayəndələri və ziyalılar iştirak etmişdir.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Baş Nazirin müavini Elçin Əfəndiyevlə birgə əvvəlcə Horadiz şəhərindəki Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını bildirmişlər.

Sonra tədbir iştirakçıları Muğam Mərkəzinin foyesində xalq yazıçısı, dövlət mükafatı laureatı İlyas Əfəndiyevin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olmuşlar.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbirdə çıxış etmiş, İlyas Əfəndiyevi Azərbaycan dramaturgiyasının və nəsrinin qüdrətli nümayəndəsi kimi xarakterizə etmiş, onun ədəbiyyatımıza verdiyi töhfələrdən danışmışdir.

Alı Alıyev bildirmişdir ki,  müasir Azərbaycan ədəbiyyatında xüsusi dəst–xətti olan yazıçının əsərləri bu gün də sevilə-sevilə oxunur. Qeyd etmişdir ki, milli mənəvi dəyərlərə hörmət İlyas Əfəndiyev yaradıcılığının əsas qayəsini təşkil edir. İlyas Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi cəhətlərdən biri onun cazibəli, təbii və canlı bir dildə yazması olmuşdur.

Sonra rayon Mədəniyyət və Turizm şöbəsi və Füzuli Dövlət Dram Teatrı tərəfindən  hazırlanan görkəmli nasir və dramaturq, Xalq yazıçısı, “Şöhrət” ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş “Sən həmişə mənimləsən” adlı ədəbi-bədii məclis keçirilmişdir. 

Füzuli Dövlət Dram Teatrının kollektivi tərəfindən İlyas Əfəndiyevin Sən həmişə mənimləsən, Mahnı dağlarda qaldı, Unuda bilmirəm, Bizim qəribə taleyimiz pyeslərindən səhnələr nümayiş olunmuşdur.

            Tədbirdə Baş Nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev çıxış etmiş, göstərilən diqqətə görə minnətdarlığını bildirmiş, rayonla bağlı xatirələrindən bəhs etmişdir. 

 

         Tədbirdə rayonun incəsənət ustaları rənga-rəng konsert proqramı ilə çıxış etmişlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam