Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şamaxıda aksiya: Sakinlər ayağa qalxdı

 

Ötən gün Şamaxı rayonunda aksiya olub. Belə ki, rayonun Çıraqlı kəndinin 100-ə yaxın sakini, əsasən də qadınlar rayon İcra Hakimiyyətinə yürüş ediblər.

"Xeberinfo.com":  Məluimata görə, bu barədə rayon sakinləri JAM.Az-a məlumat veriblər. 

Onların sözlərinə görə, rayonun Çıraqlı kənd sakinlərinin əsas tələbi rayondakı su problemi ilə bağlı olub: "Artıq bir neçə ildir ki, kənddə istər içməli, istərsə də texniki problemləri həll etmək üçün su yoxdur. Susuzluq isə isti yay günlərdində həm evlərdə suya olan ehtiyacın həllini, həm də əkin sahələrinin suvarılmasını mümkünsüz edib".

Sakinlər bildirirlər ki, onların şikayətini dinləyən olmayıb. Baxmayaraq ki, problemlə bağlı dəfələrlə rayon İcra Hakimiyyətinə müraciət ediblər. Əlacı kəsilən sakinlər növbəti aksiyaya qədər müəyyən addımlar atmağı, xüsusən də ölkə rəhbərliyinə müraciət etməyi düşünürlər. 

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Milli Mətbuatın 140 illiyi ilə bağlı keçirdiyi görüşdə məmurların özbaşınalığına da toxunub. Amma Şamaxı rayon icra hakimiyyətinin başçısı deyilən iradlardan nəticə çıxarmaq niyyətində deyil. 

Yazıdakı iddalarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam