Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Polis Zığ sakinlərini Prezident Administrasiyasının qarşısından uzaqlaşdırdı

 

Bu gün evləri sürüşmə zonasında olan Zığ qəsəbəsi sakinləri hazırda Prezidenti Administrasiyasının (PA) qarşısında toplaşıb. 50-dən çox qəsəbə sakini rəsmi şəxslərlə görüş tələb edib.

 

"Xeberinfo.com":   Məlumata görə, ancaq sakinlər polis tərəfindən uzaqlaşdırılıb. Sakinlər isə Zığda təkrar aksiya keçirəcəklərini deyiblər: “Biz baş nazirin müavini Abid Şərifovla görüş tələb edirik. Əgər Abid müəllim bizi qəbul etməsə, aksiyamızı davam etdirəcəyik. Bu dəfə Zığda fasiləsiz oturaq aksiya keçirəcəyik. Evlərimiz təhlükəli sürüşmə zonasındadır. Hər an başımıza uça bilər. Amma heç kim bizimlə maraqlanmır. Dəfələrlə gəlib baxıblar, o evlərdə yaşamağın təhlükəli olduğunu deyiblər. Amma problemə əncam çəkən yoxdur. Evi uçmaq üzrə olan ailələrin bir çoxu köçürülüb. Suraxanı Rayon İcra Hakimiyyəti o zaman vəd etmişdi ki, evindən köçürülən sakinlərə kirayə pulu veriləcək. Amma bu vəd də elə söz olaraq qalıb. Elə ailələr var ki, artıq 5 ildir, eləsi var 3 ildir, 2 ildir kirayələrdə yaşayır. Amma Suraxanı RİH onlara vəd etdiyi kirayə pulunu da vermir”.
Bundan sonra etiraz edənlər Zığda aksiya keçirməyə qərar veriblər.
Zığ sakin Ədibə Nəsirova deyir ki, 5 ildir Abid Şərifovla görüşə bilmirlər: “5 ildir Nazirlər Kabinetinin qarşısına ayaq döyürük. Zığ sürüşmə zonasında yaşayanların problemləri ilə maraqlanan yoxdur. Nazirlər Kabinetinə ünvanladığımız məktub Suraxanı Rayon İcra Hakimiyyətinə göndərilir. Sonra da bizi çağırıb məktubumuzla tanış edirlər, vəssalam. Daha problemə əncam çəkən yoxdur. Evlərimiz başımıza uçur, uşaqlarımızın həyatı təhlükədədir. Nazirlər Kabinetində Şahin Salahov dedi ki, məsələdən xəbərdarıq, amma 2008-ci ildən indiyədək heç kim köçürülmür. Yalnız 10-a yaxın ailə köçürülüb. Köçürülənlərin əksəriyyətinə kirayə pulu verilmir”.
PA-da qəbul şöbəsinin rəisi ilə görüşdüklərini deyən Ə.Nəsirova problemlərini ölkə rəhbərliyinə çatdırmaq üçün etiraz aksiyası keçirmək istədiklərini bildirdi: “Tələblərimizə cavab versinlər. Ölkə başçısı problemimizi bilmir. Bunu ondan gizlədirlər. Buna görə də aksiya keçiririk. 55 ev qəzalı vəziyyətdədir. 106 ev aktiv sürüşmə ərazisindədir. Ümumilikdə isə 500 ailə sürüşmə ərazisindədir. Xəbərdarlıq edirlər, amma köçürmürlər. 13 ailəyə kirayə pulu verilir. Digərlərinə pul ödənilmir”.
Zığ qəsəbəsi, ev 4-də yaşayan Elnarə Məmmədova dedi ki, 5 ildir 3 uşağı ilə birgə qohumlarının evində yaşamaq məcburiyyətindədir: “Əvvəl kirayə evə köçdük. Lakin kirayə haqqı ödənilmədiyindən köçmək məcburiyyətində qaldıq. Nə kirayə pulu, nə də kompensasiya verilmir”.

Digər sakin isə bildirdi ki, 1 ildir evini tərk edib: “Ötən il evdən çıxmağımızla bağlı xəbərdarlıq olundu. 1 ildir kirayədə yaşayıram. 3 ay əvvəl kirayə pulunun ödəniləcəyini desələr də verilmədi”.
Sakinlər oturaq aksiya keçirmək istədiklərini dedilər: “Qəzalı evlərin birində aksiya keçirəcəyik. Ölsək də birgə ölək. Bizim evimizin başımıza uçmasını məmurlar ölkə başçısından gizlədirlər. İndi Nazirlər Kabinetindən cavab gözləyirik”.

Sakinlər səfirliklərə də müraciət edəcəklərini qeyd etdilər.

 

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam