Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Astaradakı aksiya ilə bağlı rəsmi açıqlama

 

        Astaralıları təhqir edən şəxs kimdir?

     "xeberinfo.com":  Bu gün Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini əvvəlcə Ələt-Astara magistral yolunu bağlamağa cəhd ediblər. Daha sonra onlar Astara rayon Polis Şöbəsinin qarşısına toplaşıblar. 

       Ərçivanlıların sözlərinə görə, sosial şəbəkələrdə qəsəbə sakinlərinin ünvanına təhqiramız ifadələr işlədilib. Onlar bu ifadələri yazanın Astara sakini olduğunu, bu şəxsin cəzalandırlmasını tələb etdiklərini bildiriblər.

     Astara Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Hikmət Ağayev də Ərçivan qəsəbə sakinlərinin ərizə ilə polis şöbəsinə müraciət etdiklərini təsdiqləyib: ”Həqiqətən də bu gün qəsəbənin bir qrup sakini şöbəyə gələrək, sosial şəbəkədə təhqir olunduqlarını, bunu yazan şəxsin isə rayonun Pensər kəndinin sakini olduğunu bildiriblər. Qəsəbə sakinləri həmin şəxsdən şikayətçi olub, onun cəzalandırılmasını istəyiblər. Tərəfimizdən aparılan araşdırmalardan sonra məlum oldu ki, təhqir heç də bu şəxs tərəfindən edilməyib. Sadəcə, bir başqası həmin şəxsin profilinə daxil olmaqla orda bu cür ifadələr yazıb və qarşıdurma yaratmağa cəhd edib. Hazırda polis araşdırma aparır və bunu edənin şəxsiyyətini müəyyənləşdirməyə çalışır”.

Polis şöbəsindən bildirilib ki, sakinlər şikayətlərini bildirəndən sonra ərazini tərk ediblər. Polislə sakinlər arasında hər hansı insident baş verməyib.

Qeyd edək ki, bəzi media orqanlarında və sosial şəbəkələrdə Astara rayon İcra Hakimiyyətinin qarşısında aksiya keçirilməsi barədə məlumat yayılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam