Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sabir Rüstəmxanlıdan Terminologiya Komitəsinə narazılıq

 

“Dilin inkişafı gündəlik qayğı və müdaxilə tələb edir. Bununla məşğul olmaq müxtəlif istiqamətli qurumların öhdəsinə düşür. Bu məqsədlə Terminologiya Komitəsi də yaradılıb. Təəssüf ki, komitə az qala ancaq akademik səviyyədə işləyir”.

"Xeberinfo.com":  Məlumata görə, bunu deputat, xalq şairi Sabir Rüstəmxanlı dil qurumlarının ana dilini necə qoruması ilə bağlı Modern.az saytının sualına cavab verərkən bildirib. Onun fikrincə, mütəmadi olaraq yenilənən dilə Dilçilik İnstitutu akademik yanaşsa da, Terminologiya Komitəsi sırf praktiki münasibət bildirməlidir:

“Dildə gedən proseslərdən geri qalırlar. Dilə hər gün yeni sözlər daxil olur. Yeni terminlər təkcə bizdə yox, bütün türk dövlətləri üçün ümumi termin olsa, bu gələcəkdə həmin dövlətlərin daha da yaxınlaşmasına bir vasitə ola bilər. İndi hərəsi bir termin qəbul edir və uzaqlaşma prosesi gedir. Buna görə də Terminologiya Komitəsinin üzərinə çox iş düşür. Komitənin işi elə qurulmalıdır ki, onların təklikləri həm milli, həm də beynəlmiləl baxımdan düzgün istiqamətdə olsun. Dilimizi yenidən yabancı sözlərlə çirklənməsinə yox, milli sözlərlə zənginləməsinə xidmət etsin. Təəssüf ki, bu proses çox ləng gedir. Biz əvvəllər də bu barədə danışmışıq və təkliflərimizi vermişik”. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam