Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Şamaxı sakinləri: “Bizə yeni başçı göndərin“

 

İcra başçısı Şamaxı sakinlərini üsyan həddinə çatdırıb

«Şamaxı rayon icra hakimiyyətinin başçısı biz sahibkarları incidir və bu vəziyyət davam edərsə, rayondan keçən bütün magistral yolları bağlamalı olacağıq».

"Xeberinfo.com":  Məlumata görə, bu sözlər DİA.AZ-a daxil olan və bir qrup şamaxılı sahibkar tərəfindən imzalanmış müraciətdə yer alıb.

Yazılan müraciətdə qeyd olunur ki, Şamaxı RİH başçısı Asif Ağayev yerli sahibkarlardan hər addımbaşı səbəbsiz olaraq pul tələb edir ki, bu da rayonda böyük narazılıqla qarşılanmaqdadır.

Sahibkarlar dia.az-a yazır: «Biz prezidentimiz İlham Əliyevin yolunda başımızı qoyan insanlarıq. Amma bu rayona rəhbərlik edənlər sarıdan bəxtimiz gətirməyib. Asif Ağayev də köhnələri kimi oldu. Rayonu büsbütün iri məmurlara verib, yerdə qalan torpaqlar hesabına dolanışığını güc-bəla təmin edən binəva şamaxılılar üstəlik başçının yersiz pul tələb etmələrindən əziyyət çəkir».

Sahibkarlar iddia edir ki, artıq bununla bağlı başçının adamlarına da xəbərdarlıq ediblər: «Rayona girən-çıxan bütün yolları kəsəcəyik ki, qoy haq səsimizi eşitsinlər. Bizə yeni başçı göndərsinlər… Xalqa işləyə bir başçı»…


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam