Siyasi lətifələr
Xeberinfo.com":
Ləğv elədik
AMİP-in binası təmir olunur.Sədr işlə tanış olmaq ücün otaqları gəzir.İşçilərin yanından keçəndə salam vermir.Fəhlələrdən biri:
-Etibar bəy,sizin partiyanın nizamnaməsində fəhlələrə salam vermək yoxdur?- deyə xəbər alır.
-Var idi. Yığıncaq keçirib səs çoxluğu ilə ləğv elədik.
Çoxdan ölüb
Cəlal Əliyev Milli Məclisin foyesində var-gəl edə-edə özü-özünə deyir:
-Onu beynəlxalq məhkəməyə vermək lazımdır.O, bəşəriyyət qarşısında cavab verməlidir.Ona ölüm hökümü kəsilməlidir.
Qıraqdan Cəlal müəllimi seyr edən Murtuz Ələsgərov ona yaxınlaşıb soruşur:
-Cəlal müəllim, kimi deyirsiniz?
-Adol Hitleri.
O ki, çoxdan ölüb.
-O ölməyib,yaşayır. Bizim aramızdadır.Suyumuzu bulandırır.
-Cəlal məllim,axı o kimdir?
-Kim olacaq? İsa Qənbər.
Çinarella
Arif Hacıyev rayona gedir.İsa Qənbər xahiş edir ki,gələndə onun üçün tənbəki gətirsin.Arif Hacıyev gedib gəlir,amma tənbəki gətirmək tamam yadından çıxır.
İsa bəy onu görəndə soruşur:
-Bəy,tənbəki gətirdin?
Arif yalandan "bəli" deyir.
İsa onu yoxlamaq üçün qəlyanı ona verir və deyir:
-Apar,çöldə doldur gətir.
Arif çıxılmaz vəziyyətdə qalır,ağacın altında çox fikirləşir və nəhayət,birdən sevincək "tapdım","tapdım"deyə rəqs edir.
Yerə tökülmüş xəzəldən qəlyanı doldurub geri qayıdır və onu İsa Qəmbərə verir.İsa qəlyanı yandırıb,dərin bir qullab vurur.Arifdən soruşur:
-Bəy,bu tənbəki hansı sortdandır?
-Çlnarella sortudur,bəy.
-Deyirəm axı,tüstüsü dik qalxır.
Axırıncı dəfə
Əhəd Abıyev seçicilərindən soruşur:
-Axırıncı dəfə nə vaxt yağ,ət,qənd almısınız?
-Zizə səs verdiyimiz gün.
Hakimiyyətə gələndə
Musavatın siravi üzvü İsa Qənbərdən soruşur:
-Sayın başqan,biz nə vaxt dilənçilikdən qurtaracağıq?
-Hakimiyyətə gələndə.
Bizə olar
Yol müfəttişi Hadı Rəcəbliyə:
-Niyə qırmızı işıq yananda keçdiniz?
-Bəs ziz niyə keçdiniz?
-Mən yol müfəttiçiyəm!
-Mən də deputatam.
- Doğurdan?
-Doğurdan!
-Onda sizə də olar,mənə də.
Təsdiq üçün
Sərdar Cəlaloğlundan Məmmədəli soruşur:
-Bəy,siz güçə nümaişlərini,mitinqləri nəyə görə keçirirsiniz?
-Bir partiya kimi varlığımızı təsdiq etmək üçün.
"Pustoy"güllədən
Rəhim Qazıyevlə Tahir Əliyev dalaşır.Etibar Məmmədov böyürdən çıxıb onları aralayır vəRəhimdən soruşur:
-Niyə dalaşırsınız?
-Məclisdə məni bihörmət elədi.
-Gərək o vaxt öz başına çaxdığın güllələrdən birini də Tahirin başına çaxaydın.
-Ha indi başıma çaxdığım güllələr "xolostoy"idi."Xolostoy" güllə bu boyda bədənə nə edəsidir?
Vaxtında
ABŞ-da Rəsul Quliyev Əli Kərimovdan soruşur:
-Bakıda neftin vəziyyəti nə yerdədir?
-Nə yerdə olacaq,gələn qapazlayıp aparır.
-Şükür,mən payımı vaxtında götürdüm.
Bəs bizdə?
YAP-ın "Marsda həyat varmı?" mövzusunda təşkil etdiyi mühazirə qurtarır.YAP-ın mühazirəçisi Mübariz Qurbanlı dinləyicilərdən soruşur:
-Sualı olan varmı?
Məmmədəli kişi soruşur:
-Mübariz müəllim,deyin görək,bəs bizdə həyat nə vaxt olacaq?
Məhərrəm Şəmkirli
"Lətifələr Atmacalar" kitabımdan 2008.ci il."Nurlar"nəşriyyatı.