Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

TOX EVİN AC PİŞİKLƏRİ

 

VƏ MƏNİM TƏKLİFLƏR PAKETİM

 

İstənilən adam qrupla çəkdirdiyi fotolara baxanda ilk olaraq ÖZÜNÜ axtarır. Çünki insanları heç də deyildiyi kimi, başqaları maraqlandırmır, onlar həmişə özləri-özlərini fikirləşirlər – həm səhər, həm günorta, həm də axşamlar. Biri elə mən özüm. Bir qarını doyurmağa nə var ki. Amma hər kəs kimi mən də ömrünü ciyərparalarının yaşamına sərf etmiş BÖYÜYÜMÜN və yaşamaq üçün quş balası tək ağzını açıb, gözünü mənə zilləyən övladlarımın qulluğundayam. Allah heç kimi nə BÖYÜKLƏRİnin, nə də övladlarının qarşısında çarəsiz qalmasına imkan verməz, inşəAllah,  lap elə bizə bunu qıyan hökumətimizi də...

Öz “mən”imin qeydinə qalmağımı xahiş edirəm, heç kim qınamasın. Çünki Vətən deyilən nəsnə “mən”dən başlayırsa, onda mən güclü olmalıyam, mən tox olmalıyam ki, Vətən də mən və mənimkimilərin sayəsində ayaqda dura bilsin. Qardaş, qarnı ac olan vətəndaş Vətənin ayaqda durmasını necə təmin edə bilər? Axı həsrətlə baxılan Avropada “inkişaf etmiş ölkə”nin səviyyəsi onun vətəndaşının yaşam tərziylə ölçülür, astarı üzündən baha başa gələn hasar daşlarıyla yox. Bu baxımdan dövlət millətin “mən”liyini daim uca tutmalıdır, vətəndaşsa özü-özünü qiymətləndirməyi bacarır, həmişə öz “mən”ini önə çəkir.

Bununla bağlı telefon kompaniyalarından birində bir neçə saatdakı danışıqlar ümumiləşdirilərək başda şəxs əvəzlikləri olmaq şərtilə işlənən sözlərin paralel müqayisəsi aparılıb. Məlum olub ki, beş yüz telefon danışığında bu şəxs əvəzliyi üç min doqquz yüz dəfə işlənmişdir: “mən”, “mən”, “mən”, “mən”... Belə olan tərzdə zatən durub boğazdan yuxarı danışmağına dəyməz...

Hər kəs öz hayındadır. Bu gün milli valyutamızın dəyərini heçə endirənlər qalıb bir yanda, yaranmış sityasiyadan sui-istifadə edənlər kütləvi informasiya vasitələrində əsas tənqid obyektinə çevriliblər.  Qəzəbli xalqı orta buryuaziyanın üzərinə yönləndirmək göstərişini bunlar kimdən alıblar belə? Bi, ayrı bir mövzunun söhbətidir ki, çay görməmiş qurşağa qədər çırmanan bizim orta buryuaziyamızın özbaşınalıqları onların bir andaca öz mənafeləri üçün dövləti tapdalamağa hazır olduqlarını göstərdi. Təsəvvür edin,  dövlətin başçısı millətə ürək-dirək verib, yaranmış vəziyyətdən sui-istifadə edənlərin ciddi şəkildə cəzalandırılacaqlarını bəyan edir, ancaq tox evin ac pişiklərini xatırladan və arxalarında kimlərinsə dayandığı orta buryuaziya nümayəndələrisə bunu eşitməzliyə vurur...Gördünüzmü, yenə də “mən” – dövlət də, buryuaziya da, kasıb təbəqə də “mən”in hayındadır.

YERİ GƏLMİŞKƏN, elə həmin manat məsələsinə münasibətdə Azərbaycanın Ali Məhkəməsinin yetkilisi sanki “mən belə rəzalətə dözə bilmərəm” deyib, kreditorların maraqlarını təmin edən qərarla (kreditlərin əvvəlki qayda ilə ödənməsi) çıxış edir. Sonradan Ali Məhkəmə də öz “mən”inin hayına qalaraq səsləndirilən fikrin fərdi xarakter daşıdığını bildirir. Milləti pis günə qoyan Milli Banksa öz növbəsində “biz dollarsız yaşaya bilmərik” deyib ödənişlərin yeni məzənnə ilə edilməsini xalqa diktə edir. Və,..və sıra gəlir Konstitysiya Məhkəməsinə. Konstitysiya Məhkəməsi də bununla bağlı onlara yerli məhkəmə orqanlarından hər hansı bir müraciətin olunmadığını vurğulayaraq  “mənlik bir iş yoxdur” – deyə, yaxasını kənara çəkir. “Vaaaay, mən batdım” deyən biçarə kreditorlar da infarkt, insult keçirməkdə....Gördünüzmü, yenə də “mən” – Ali Məhkəmə də, Milli Bank da, kreditorlar da öz “mən”lərinin hayındadırlar...

TƏKLİF: Bəli, mən də onunla razıyam ki, vətəndaşlara vurulan külli ziyana görə millətin başının altına yastıq qoyaraq sonradan millətin başına daş salan Elman Rüstəmovun, onlar üçün tutalğac kimi Mülki Məcəllədəki boşluqları bilərəkdən, ya da bilməyərəkdən yaradan Milli Məclisdəki millət vəkillərindən ibarət aidiyyatı dövlət komissiyasının üzvlərinin əmlakı müsadirə olunaraq vətəndaşların banklara olan borclarının ödənilməsinə yönəldilsin. Bax buna deyərəm – DÖVLƏT, VƏTƏNDAŞINA SAHİB ÇIXMAĞI BACARAN DÖVLƏT. Əgər belə olarsa, sabah hansısa qanun qəbul olunanda xalqı zillətə düçar edən heç bir...heç bir millət vəkili (mən bu vaxta qədər nə yerli millət vəkilimizin, nə də yerli bələdiyyə sədrimizin, heç üzvlərinin də üzlərini görmədiyimdən heç adlarını da bilməmişəm - müəllif ) belə məsuliyyətsiz, belə səviyyəsiz qərarları qəbul edə bilməz... Gördünüzmü, yenə də “mən” – Qaçan da Allahı çağırır, Qovan da, hər kəs öz “mən”inin hayındadır...

İKİNCİ BİR TƏKLİF: Əgər yuxarıda deyilənlər mümkün deyilsə, onda təklif edirəm ki, artıq faizlə ödənilən kreditlərin hamısını banklardan alıb, özü də bağırda-bağırda, ölkəmizdə keçiriləcək Yay Olimpiadasının xərclərinə yönəltsinlər. Əgər bu da bəs eləməsə, yuxarıda adları hallanan kəslərin kurasiyalarında olan şirkətlərin xüsusi qaydada boyunlarına töycü qoyulsun....Öz aramızdır, bu lap deyəsən optimal variantdır – həm bankirlərdən və bizi zillətə düçar edən “deputatxana” işçilərindən kasıb təbəqənin “qisası” alınar, həm də zorən lazım deyil, canımızı, qanımızı belə verməyə hazır olduğumuz dövlətimiz müəyyən yükdən azad olar.   

VƏ ÜÇÜNCÜ BİR TƏKLİF: Dəvəni dağdan uçurdan bir çəngə ot olduğunu yaddan çıxarmayın, bəylər və xanımlar!...

Bir az ÖZÜNÜZə qayıdın, bir az öz “MƏN”inizlə söhbətləşin – həm səhər, həm günorta, həm də axşamlar. Axı ölkənin başçısı da dəfələrlə vurğulayıb ki, biz nefti insan kapitalına çevirməliyik. Sizlər ancaq öz qarnınızı doyurmaqla insan kapitalına çevrilmənin düsturunu beləmi təqdim edirsiniz?! Bəs yerdə qalanlar? Axı yerdə qalanlar da sizin kimi öz BÖYÜKLƏRİnin, gələcəyə qoyulan sərmayə olan övladlarının qulluğundadırlar.  Ümumuilikdəsə hamımız bir olan Allahın quluyuq...

 

 

P.S İnsanı qocaldan qüssədir, biz dərdlərimizlə qocaldıq, illərsə bundan sonra gəlir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam