Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

SABİR RÜSTƏMXANLININ SEÇİLMİŞLƏRİ

 

VƏ MƏRDAN SEYİDBƏYLİNİN QUL HAQQI

 

 

 Xeberinfo.com:   Lütfən adamı hər şeydən iyrəndirməyin. DÜNYA AZƏRBAYCANLILARI KONQRESİ (DAK) adlanan QURUMa münasibətdə iddialarla çıxış etməyin özü iyrəncliyin görüntüsünü sərgiləməkdədir. Digər bir tərəfdənsə susqunluq nümayiş etdirdiklərinə görə belə bir qənaətə haqq qazandırmaq mümkündür ki, SABİR RÜSTƏMXANLInın həmsədri olduğu bu qurumun idarəçiliyində təmsil olunan kəslər ya yetərli təşkilatçılıq, idarəçilik qabiliyyətinə malik deyillər, ya da hər zaman Rüstəmxanlını hədəfə çevirməklə etibarlı limanda dayanmağı özlərinə yaşam tərzi seçiblər. Görünür TƏKBAŞINA MÜBARİZƏ aparmaq  Sabir Rüstəmxanlının alnına yazılıb. Və bu, hələ ki, haqq-hesab dəftərinin görünən səhifələridir. Səhifələrdə görünənlər belə yaşam tərzinin başlanğıcımı, ortasımı, yoxsa sonumu – bax bu da gizlədilən gizlilikdən bilinməz. Ancaq bir həqiqət  də var ki, haqq-hesab düz olanda dağlar da müti qul kim baş əyər. Kimisi Haqqa baş əyir, kimisi də başqasının haqqına girərək  onu şirnikləndirənlər, onu məcbur edənlərin sayəsində özlərini  baş deyil, aş yoldaşı kimi aparırlar, başlar aşa doğru əyilir........

Rüstəmxanlının alın yazısı təkbaşınalıq olmasaydı, DAK həmsədrinin timsalında Ona və rəhbərlik etdiyi qurumlara yönəli əsassız hücumlarda allı-güllü məkanlardakı məclis dostları hər zaman açıq mövqe nümayişilə Sabir bəyin yanında olardılar. Hanı bu DAK deyilən qurumun "İdarə heyəti"nin, nə bilim hansısa komitəsinin üzvləri, nədən susurlar? Axı susmaq razılıq əlamətidir. Olmaya susmaqla onlar da bu günlərdə özlərinin dediyinə görə "Belçikada DAK-ın qurultayı"nı keçirdiklərini iddia edən MƏRDAN SEYİDBƏYLİnin qənaətiylə razıdırlar? Yox əgər Rüstəmxanlının  Seçilmişləri buna razı deyirlər və cavab haqqını təqdim etmək qüdrətlərini ortaya qoya bilmirlərsə, onda həmin kəslərin o qurumlarda nə işləri var və nə işlə məşğul olurlar? Buna həm də Sabir Rüstəmxanlının özü cavab verməlidir. Narahatlığımız ona görədir ki, axı biz də "azərbaycanlı"yıq  və bu baxımdan DAK adından danışanlara  sual verib cavab almaq haqqımız var.

Gerçək boylarıyla iddiaları arasında tərs mütənasiblik olan kəslərlə yol getmək və bütün məşəqqətlərə sinə gərmək Səni bezdirmədimi, Sabir Rüstəmxanlı?! Rüstəmxanlı vətənləşdiyi üçün mən özüm buna cavab verə bilərəm. Nə qədər ki, zaman Onun içindən keçir, O. bezməyəcək....

Və..., Mərdan Seyidbəyli, mən də sizin adımdan danışdığınız "azərbaycanlılar"dan biriyəm. Haqqım var ki, mənim adımdan kimsə hansısa xarici ölkədə min cür hoqqadan çıxırsa, anında buna öz mövqeyimi bildirəm. Anons olmasın, siz Teymurlu soyadlı Adamla,  Mənlə necə münasibətdəsinizsə Rüstəmxanlı da eləcə. Ancaq sizin RÜSTƏMXANLI BOYUndan yuxarı boylanmaq istəyiniz bir "azərbaycanlı" olaraq mənim də ürəyimi ağrıdır. Çünki o BOY sizin və sizin təriflədiklərinizin çata biləcəyi demirəm, heç görə biləcəyiniz Zirvə deyil. Sizin gördükləriniz bir  Qədərdir və bu Qədər o Zirvənin gerçəkliyi deyil. Mən də sizin gördüyünüz  Qədərə bəşər övladı kimi hörmətlə yanaşıram.

Mİllətçiliyi, dövlətçiliyi Rüstəmxanlının kitablarından öyrənməklə Ona dərs vermək cəmiyyətə eybəcər vərdiş aşılamaqdan başqa bir şey deyil, Mərdan bəy! Dediyiniz məlum bəyanatda "yersiz"lik və "qərəz" varsa, buyurun faktlarla sübut edin, cəmiyyətlə tap-tappaca oynamayın. Qurtarın bu "komediya"nı ki, belə acı gülüşlərdən axan göz yaşımız da quruyub. Dediyiniz "qərəz və yersiz"lik sizin yanaşmanızda var, əzizim. Axı Rüstəmxanlı elə həmin bəyanatda sizlərin öz adınızla fəaliyyət göstərmənizə ağsaqqal xeyir-duası verir, daha çox olarıqsa bu da vətənimizin xeyrinədir deyir. O adla bir qurum motivindən asılı olmayaraq hansısa formada fəaliyyət göstərirsə, sizin dublikat çıxarmağınızın özü sübut edir ki, fəaliyyətinizdə dövlətçiliyə, millətçiliyə sayğı yoxdur. Demirsən, biz millətə, dövlətə qulluq edirik, pək əla, get elə də başqa ad altında. Rüstəmxanlı pis olacaqsa, bəd niyyətlər ortaya qoyacaqsa, arxayın ol, millət özü Onu topa tutacaq. Kimlərinsə Morozovsayağı satqınçılığına ehtiyac yoxdur....

DAK-ın xaricdə fəaliyyət göstərməsini hansısa aspekt baxımından dəyərləndirməni də "azərbaycanlı" olaraq qətiyyən  bölüşmürəm, qardaşım. Məntiqsiz çıxış edirsiniz. Nədən "xaricdə" olmalıdır bu qurum, ay "dövlətçilik"dən danışan adamlar? Bəlkə bir dissident hərəkatının da təməlini qoyasınız?

BƏYƏM bizim müstəqil dövlətimiz yoxdur?

BƏYƏM bizim dövlətimizdə diaspora fəaliyyətinin yayılması, genişləndirilməsi üçün şərait yoxdur?

BƏYƏM diaspora fəaliyyətinin sistemli şəkildə formalaşmasında dövlət öz vətəndaşına hansısa sədlər çəkir?

BƏYƏM dövlət belə bir taleyüklü məsələnin oturuşmasına pul tapa bilmir?

BƏYƏM dövlət  az da olsa bu işə maliyyə ayırmaqdan tamamilə imtina edir?

BƏYƏM dövlət öz vətəndaşına sahib çıxa bilmir?....

Və bu "bəyəmlər"i buradan Belçikaya, Brüsselə qədər saysan da, qurtarmaz, Mərdan bəy!!!!...

ƏCƏBA, məntiq nə deyir? Məntiq onu demirmi ki, sizlərin timsalında dolayısı yolla bu "bəyəmlər"i "deməli"yə çevirməklə maraqlı qüvvələrə gizli eskizlər təqdim olunur?! Fərd olaraq məntiqin bu yönünə inanmaq istəməzdim və inanmıram da. Çünki ən azından sizi və sosial şəbəkədəki çabalarınızı virtual olaraq tanıyıram. Yerdə qalan sizinkiləri münasibətini öyrəndiyim heç bir "azərbaycanlı" tanımır. Eləysə nə haqla bizim adımızdan danışır və özünüzü “baş” sanırsınız?...

Lütfən millətimizin sabahı naminə etdiklərinizin mahiyyətinə varın ki, hər şeyin gözəl göründüyü ətrafdan baxanlar iyrənməsin. Rüstəmxanlının da etibarlı limanda gizlənən məclis dostlarını iddialarınızın nəriltisiylə yuxudan oyatmayın, axı yuxuda da  iş-güc var, Mərdan bəy! Bunu sizin təriflədikləriniz də gözəl bilər. Qaldı ki, Rüstəmxanlıya,…onsuz da "tək uçan qartala təklik yaraşır". Mənim pulum yoxdur. gəzə bilmirəm, onsuz da sizlər yollar yorğunusunuz. soruşun Rüstəmxanlının kimliyini 350 milyonluq Türk Dünyasından, baxın türkü istəməyənlərin Rüstəmxanlı fəaliyyətinə münasibətlərinə  və....və....özünüzü aş yoldaşı kimi aparmayın,  Haqqın qarşısında müti qul tək dayanaraq ÖZÜNÜZDƏN UTANMAYACAQ DƏRƏCƏDƏ BÖYÜK OLUN!

 

 

P.S:  Xaricin “kletka”lı səbətini özünüzə papaqçı dükanı sanmayın, soydaşlarımızın sığınacağı, güvənəcəyi doğma Azərbaycanımız var …..

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam