Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“DİFAİ FƏDAİLƏRİ” VƏ ÖLMÜŞLƏRƏ FƏDA “DİRİLƏRİMİZ”

 

DİFFAMASİYAYA SÜRÜKLƏNƏN MƏTBUATLA FACİƏVİ SƏRSƏMLİYƏ UZANAN YOL

 

Nə qədər acınacaqlı olsa da, etiraf etmək zorundayıq ki, bu və ya digər səbəblər ucbatından fəaliyyət prinsiplərində daha çox diffamasiyaya söykənən bugünkü mətbuatımız elə bununla da cəmiyyəti yenidən istibdada sürükləməkdədir. Allah ölənlərinzi rəhmət eləsin, rəhmətlik Stanislavskinin “yaşama və göstərmə məktəbi”nin magistrləri deyəsən gerçək həqiqətlərin önünə pərdə çəkməklə məşğuldular. Bir çox KİV nümayəndələri milli və dövləti maraqların deyil, əslində müəyyən qüvvələrin ideoloyi təminatçısı rolunda çıxış edərək səhnəyə çıxarılır...

Bugünkü mətbuatımız faciəvi sərsəmliyin yolçusudur. Zərif xeyirxahlıq pərdəsinə bürünərək YOLÇU qismində səfər edən KİV-in beli xurcunlu atının yorğa gedişləri onun-bunun dəyirmanından oğurlanan arpanın gücündəndir. Yolunuz nurlu, torbanız da çiyinlərinizdən əskik olmasın. Ancaq “SÖZÜN SAĞLIĞINA” məclislər düzənlənəndə, özünüzü əhli-hal kimi aparıb, “şirin bala” kimi görünməyin. Unutmayın ki, arpa unundan paxlava olmaz...

İndisə keçək mətbuatımızı diffamasiyaya sürükləyən məqamlara. Bilərəkdən reklam bazarından sıxışdırılıb çıxarılmasıyla özü-özünü maliyyələşdirə bilməməsi heç şübhəsiz ki, mətbuatı diffamasiyaya sürükləyən BİRİNCİ MƏQAMdır.

İKİNCİ acınacaqlı HAL bundan ibarətdir ki, mətbuat əzəli funksiyalarını unudaraq  daha çox şəxsi maraqlar çərçıvəsində fəaliyyət göstərməkdədir. ƏGƏR BELƏ OLMASAYDI, onda  itirilmiş torpaqlarımız mövzusuna mövsümi baxışın şahidi olmazdıq. ƏGƏR BELƏ OLMASAYDI,  onda millətin sabahını yönləndirəcək aydınlarımızın elmi fəaliyyətlərinə, sosial durumlarına qanunverici orqanın laqeyd münasibəti, BÜTÖV AZƏRBAYCANa gedən yolun əngəllənməsi mətbuatımızda hər zamanın mövzusu olaraq işıqlandırılmalıydı? Və bu “əgər belə olmasaydı”ları sadalamaqla qurtaran da deyil. Fakt bundan ibarətdir ki, mətbuat sosial sifarişin daşıyıcısı deyil, daha çox buyruq əhlinin qamçısı rolunda çıxış edir. Dövlətçilik naminə strateyi məqsədlər üçün hesablanmış təkliflər bir yanda durmaqdaykən siyasi hakimiyyətin əldə edilməsi üçün qara piar texnologiyası az qala günün əsas prioritetinə çevrilib. Hədəflər bəlli və məqsədlər apaydın ikən mətbuatımız  yalanın, böhtanın. şərin qurbanına çevrilib, millətimizin mənən deqradasiyasında sanki katalizator rolu oynayır.

Mətbuatımızın mənfi tendensiyalara olan meyilliliyində ÜÇÜNCÜ SƏBƏB bundan ibarətdir ki, dövlət strukturları ilə KİV-lərin fəaliyyətinin tənzimlənməsində tərəflər hələ də anlaşa bilmirlər. Düzdür, ƏFLATUN AMAŞOVla onun əyan-əşrəfi  istədiyi dövlət rəsmisi ilə istədiyi vaxt görüşə bilər, ancaq mətbuatın üzərinə düşən yükü bütün ağırlığı ilə daşımağa hazır olan sıravilər bu məsələnin həlli üçün az qala məmurların tapındıqları pirlərə qurban demək məcburiyyətindədirlər.

DÖRDÜNCÜ SƏBƏB:  bütün parametrlər üzrə gizli nəzarət mexanizmi ilə hərəkətə gətirilən mətbuat ağalarının maraq dairəsində olmayan əks tərəfə nifrət hissinin formalaşdırılması üçün hətta ən iyrənc metodlardan belə çəkinmir, mətbu prinsiplər unudularaq korporativ maraqlar önə çəkilir.  Və bununla da, özünü yeni nəsil yurnalisti sayan ARİF ƏLİYEVİN də sevə-sevə işlətdiyi “peşə etikası” bir çox KİV nümayəndələri tərəfindən olmalıymış kimi tapdalanır.  Yazıda faktların gücündən daha çox  müəllifə doğru uzanan qolların şaxələnmə imkanlarından və pərdəarxası əzələ nümayişindən yetərincə istifadə olunur.

SƏBƏBLƏRİN FONUNDA NƏTİCƏ KİMİ GERÇƏK HƏQİQƏTLƏRƏ nəzər salandasa aşağıda sadalananların şahidi oluruq:

     Bu və ya digər vasitələrdən istifadə etməklə mətbuatı könüllü şəkildə susdurub, ümummilli məsələləri arxa plana keçirmək;

<   Mətbuatı siyasətin quyruğuna bağlamaqla onu öz Ucalığından endirmək, Sözün Qüdrətini əhəmiyyətsiz hala gətirib diqqətləri daha çox onu söyləyən Dodaqların qalınlığına yönəltmək;

<   ölkəiçi siyasi qüvvələrin mətbu güc nümayişilə daxili stabilliyə xələl gətirib dolayısı yolla həm də KİV-i pəhrizə otuzdurmaq;

    şablonçuluğa meyilli KİV-in öz “yastaları”na qanundan don biçməklə qarşı tərəfi heyrətləndirib manqurt cəmiyyət kodeksini formalaşdırmaq;

Və bütün bunların fonunda belə demək mümkündür ki, mental düşüncənin zorlanmasına göz yuman “mətbu generallar”, qısaca desək, “M.G”-lər kölgəsinə sığındıqları SÖZü yaş dəri sanmaqla onu istədikləri səmtə çəkməyi də unutmurlar.

Ancaq UNUDULAN bir şey var – VƏTƏN, MİLLƏT!!!! VƏ BELƏ UNUTQANLIQLAR BİZLƏRİ DAHA BÖYÜK FACİƏLƏRƏ SÜRÜKLƏYƏ BİLƏR. NİYYƏTLƏR GÖZƏL OLSA DA, UNUTMAQ LAZIM DEYİL – AZADLIQ GÖRÜNƏN FAKTLARA ƏSASLANIR, XANIMLAR VƏ BƏYLƏR!!!

Tarixi yaradan millət olaraq arzularımızın reallaşmasına gedən yolda ağrıyan yerlərimizə öz türkəçarələrimizdə məsləhət bilinən gül yağından təpitmə qoymağın vaxtı çoxdan keçib. Kimisi etdiyi cızma-qaranı az qala Axundovun traktatı, kimisi də mədhiyyələrlə, dolaşıq fikirlərlə dolu yazısını az qala ƏHMƏD AĞAOĞLU, ƏLİBƏY HÜSEYNZADƏ yaradıcılığı ilə müqayisə edib, müasir yurnalistikamızda özünü istəkli oxucuya epistolyar ədəbiyyatın daşıyıcısı qismində təqdim edir.

QƏZET YAZI, TELEVİZİYA DANIŞIQ DİLİMİZİN SAFLAŞMASINA XİDMƏT ETMƏLİDİR! BİZ MÜKAFATLANDIRILANLARIN PUBLİSİSTİK TƏQDİMATLARINDA BUNUN ŞAHİDİ OLURUQMU?. Hanı o kəslərin dövlətin qorunub saxlanılması, millətin özünə qayıdışı istiqamətində ortaya qoyduqları PUBLİSİSTİKA?! Hansısa təşkilatların hesabatlarının təqdimatı publisistika deyil, bacı və qardaşlarım!  Təmsil olunduğunuz  şəbəkədaxili BÜTLƏRə oxunan sitayiş dualarının yuxarıda vurğulanan kriteriyalara qətiyyən aidiyyatı yoxdur.  YERİ GƏLMİŞKƏN, hörmətli Arif ƏLİYEV yurnalistlərin mükafatlandırılmasını “peşə məsuliyyətini aktuallaşdırmaq” kimi dəyərləndirir. DEMƏLİ, məntiqlə belə çıxır ki, hələ indi-indi bu adamlarda məhz hakimiyyətin müdaxiləsilə öz peşələrinə məsuliyyət hissi aktul hala gətirilir. Aha, sən demə mətbu killerlər tərəfindən aldadılan cəmiyyətin qızınmaq üçün yandırdığı yovşan, qarnını doyuzdurmaq üçün də ovladığı dovşan imiş. Belə baş saxlamaq olmaz, atam balası! GÖRƏN, o kəslərin bu vaxta qədərki fəliyyətlərini həzrəti-mətbu Arif Əliyev necə qiymətləndirir? YAXUD, təqdim olunan qənaətə görə, onların fəaliyyətlərində peşə məsuliyyəti cəmiyyət üçün aktuallıq kəsb etməyibsə, onda nədən və hansı üzlə bu kəslərdən 800 nəfər durub ölkə prezidentinə müraciət edir  ki, bəs bizə də ad ver!!! Hələ bir “QAYNAR QAZAN”da yalxı su qaynatmaqla mənəvi acları uykuya verən ƏVƏZ ZEYNALLInı qəhər  də  boğur ki, bəs mükafat hamıya verilməyib. YERİ GƏLDİ, DEYƏCƏM. Nədənsə  ƏVƏZ ZEYNALLI mərtəbəsində olan yazarlar  covet imperiyası dağılandan sonra bu məmləkətə AZAD MƏTBUAT anlamını gətirən və onu gerçəkləşdirən SABİR RÜSTƏMXANLInın adı gələndə qıcıq nümayiş etdirirlər. Əslində bu qıcıq “mətbuat generalları”nın öz kimliklərinə bir ayna tutur. Bəylər və xanımlar, hanı sizlərin “AZƏRBAYCAN”  QƏZETİ səviyyəsində deyil, heç olmasa həmin mətbu nəşrdəki adi bir yazı çəkisində olan buraxılışlarınız? RÜSTƏMXANLIYA MÜNASİBƏTDƏ SÜMÜYÜNÜZƏ DÜŞƏN HAVALAR ALTINDA QOL GÖTÜRÜB OYNAMAĞINIZ MƏNƏVİ RAXİTLİYİNİZİ ÜZƏ ÇIXARIR. LÜTFƏN. MƏNİM YANAŞMAMI DA HƏB KİMİ QƏBUL EDİN!  Son mükafatlandırma kampaniyası və ona münasibətdə səsləndirilən fikirlərlə elə bu günlərdə oxuyub qurtardığım  “DİFAİ FƏDAİLƏRİ” romanından aldığım təəssürüt SABİR RÜSTƏMXANLI FENOMENİ və Onun ərsəyə gətirdiyi nüanslar məni belə məqamları qeyd etməyə sövq etdi.

OXUYUN SABİR RÜSTƏMXANLININ qələmə aldığı “DİFAİ FƏDAİLƏRİ”Nİ VƏ GÖRÜN Kİ, qəzetçilik nədir? Rüstəmxanlının gerçəkliyə söykənən təqdimatında görəcəksiniz ki, millətin, dövlətin xoş sabahı uğrunda mücadilə edən ƏLİBƏY HÜSEYNZADƏ, ƏHMƏD AĞAOĞLU  kimi Kişilər bu çətin və şərəfli yolda heç bir mükafatın peşində olmayıblar. Və lazım olan anda da elə həmin ƏHMƏD AĞAOĞLU, ƏLİBƏY HÜSEYNZADƏ, BİLAL QARABAĞLI kimi Türk Aydınları Vətənin azadlığı uğrunda döyüşə atılan ordunun da önündə olublar!!!

OXUYUN SABİR RÜSTƏMXANLINI VƏ GÖRÜN Kİ, hələ də bu millətin başı üstündə ermənilər tərəfindən soyqırıma məruz qalan UMUDLU kəndinin sakinlərinin cəsədlərindən çatılan ocağın tüstüsü qıvrıla-qıvrıla haray çəkməkdədir!!!  LƏMAN ƏLİƏŞRƏFQIZI kimilərin timsalında haqq edib mükafat alanlar istisna olmaqla bir çoxu bu dəhşət, vəhşət saşan Harayı eşitməz olublar. Həmin mükafatlandırılanların çoxunun heç bəlkə də UMUDLU SOYQIRIMI haqqında xəbərləri də yoxdur...Hələ bir zəng edin, soruşun...

OXUYUN SABİR RÜSTƏMXANLINI VƏ GÖRÜN Kİ, bu millətin Umudlu kəndinin son sakinləri olan CƏMİL və AYÇİÇƏK kimi soyqırım qisasını almayana qədər birgə baş yastığa qoymayacaq və yaxşı güzəranı mükafatlarda görməyəcək ÖVLADLARI var!!!

OXUYUN SABİR RÜSTƏMXANLINI VƏ GÖRÜN Kİ, yaratdığınız Bütlərdən hansı Onun səviyyəsində tarixin qaranlıqlarında kiflənən materialları, mövzuları üzə çıxarmaqla Bizi Bizə sevdirib, Bizi Bizə tanıdıb və mənim, cənin, onun əvəzində düşmənin üzünə sərt şillə endirib!!!

 OXUYUN SABİR RÜSTƏMXANLINI VƏ ONUN BÖYÜKLÜYÜNÜ ETİARAF ETMƏKLƏ SİZ DƏ ÖZÜNÜZDƏN UTANMAYACAQ DƏRƏCƏDƏ BÖYÜK OLUN!!!

 Bu gün “Xəzər dili”nə öyrəşmiş balıqlardan fərqli olaraq mətbuatımızIn quyruğu uzun buqələmunları mühiti dəyişərkən ölmürlər, sadəcə olaraq, bir şəkildən başqa bir şəklə düşürlər. Elə dilləri də lazım olanları ram etmədədir. Bütövlükdə götürəndə məmləkətimizdə MƏTBU MASKALARın sayı yaman çoxalıb. Deyilənə görə, belələrinin sayları altı yüz mini haqlayıb. Ancaq bir az dəqiq məlumata görə, KİV nümayəndələrinin sayı on minə qədərdir ki, bunlardan da 140 nəfərinə mükafat verildi. Halal xoşları olsun, ancaq bir az da insaflı olsunlar, dünən aslan qorxusundan tülkü kölgəsində yatanlar bu gün özlərini cəmiyyətə şir sifətində sırımasınlar...

Başqa yerlərdə yumurtlamağı özünə adət edən mətbu toyuq-cücələr indi də daraşıblar Azərbaycan adlı dəyirmanın canına. Çinədanı partlamaqda olan “M.G”  ayamalı milli xoruzlarımızsa heç nəyin fərqinə varmırlar, çünki yeməkdən özləri qıpqırmızıdırlar. Qırmızıpipiklərin təqdimatındakı SİYASİ STRİPTİZLƏRİN FONUNDA BÜTÜN DƏRDLƏRİMİZ ADİLƏŞİB. Aşağı səviyyəli iddialıların cılız potensialları onları lənətə gəlmiş YALANA BÜRÜNMƏYƏ sövq edir. Yalan cılızların dilində əqidəsizlik səviyyəsinə qədər qaldırılır. Özünü “mətbu general” sananların tam əksəriyyəti insan faktoruna tüpürməklə sıravi yurnalistləri “yivoy mişen”ə çevirb dallarından xəbərsiz bir şəkildə başlarını gizləməklə məşğuldular. Başlarını gizləyən mətbuatımızın milli qaraçılarına bəylik verilib ki, istibdada sürükləmə səhnəsini Stanislavskinin “yaşama məktəbi” əsasında göstərə bilsinlər. Vay o gündən də ki. qaraçıya bəylik verilə!!! Heç bilirsiz neyniyər? Bax elə siz deyəndən....

 

 

P.S. ÖLÜ CANLARA, ƏRİYƏN VÜCUDLARA ULU TANRIDAN ƏBƏDİ RAHATLIQ DİLƏYİRƏM!

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam