Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Azərbaycan 110-dan çox ölkəni geridə qoydu- Ölkəmizin növbəti uğuru

Azərbaycan 110-dan çox ölkəni geridə qoydu -  Ölkəmizin növbəti uğuru
BMT-nin "Davamlı inkişaf hesabatı" dünyanın aparıcı hesabatlarından biri kimi qiymətləndirilir. Bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur. Həm iqtisadi, həm sosial, həm bu sahədə aparılan islahatların nəticəsi kimi makroiqtisadi, eləcə də sosial göstəricilərdə baş verən dəyişiklər hesabatda öz əksini tapır. Sevindirici haldır ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı -2020" də regionun lider ölkəsidir.
Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan praktiki olaraq regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndədir.

"Eyni zamanda, Azərbaycanın orta balı region üzrə və Mərkəzi-Şərqi Avropa, Orta Asiya regionu üzrə orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda Mərkəzi-Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahatların nəticəsidir. Bu, eyni zamanda beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır".



İqtisadçı deputat qeyd edib ki, həyata keçirilən islahatlar bir tərəfdən iqtisadiyyatın inkişaf etdirilməsi, eləcə də dayanıqlılığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar açır.

"2019-cu ildə Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. O paketlər həm minimum əmək haqqı, həm orta aylıq əmək haqqı məbləğlərinin təxminən 2 dəfəyə yaxın artımları ilə nəticələndi. Orta aylıq əmək haqqı və minimum pensiyada 93 faizdən çox artım qeydə alındı ki, bu da xüsusən sosial indekslərin yaxşılaşdırılmasına və vətəndaşların sosial təminatının daha da gücləndirilməsinə imkan yaratdı. 2020-ci ildə pandemiyanın təsirləri və qlobal bazarlarda, eləcə də neft bazarında dəyişmələrin olmasına baxmayaraq, sosial layihələr icra olunur. Sosial istiqamətdə ayrılan vəsaitlərin həcmində də artımlar var. Bu isə ondan xəbər verir ki, davamlı inkişaf Azərbaycan üçün prioritetidir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafını davam etdirməsi üçün zəmin yaradır. İslahatlar, həmçinin yoxsulluq səviyyəsinin kəskin azalmasına, vətəndaşlarımız üçün sosial təminat mexanizminin daha da gücləndirilməsinə gətirib çıxarıb".

V.Bayramov əlavə edib ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Onun sözlərinə görə, Azərbaycan Prezident İlham Əliyevin rəhbərli ilə qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.

 Qeyd edək ki, Azərbaycan BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. “Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Belə ki, ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub.

Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Azərbaycan “davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Şərqi Avropa və Mərkəzi Asiya regionunda “davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam