Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bakıda Xorvatiyanın səfirliyi açılacaq

    

Bakıda Xorvatiyanın səfirliyi açılacaq
Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir. Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir.
Yenixeber.org: Bunu Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidentİlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən deyib. Onun sözlərinə görə, rəsmi Zaqreb həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıdır və bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək.

"O ki qaldı Avropa İttifaqındakı fəaliyyətimizə, Xorvatiya güclü iradəyə əsaslanaraq Cənub və Mərkəzi Avropa ölkələri ilə Xəzər hövzəsi arasında daha geniş əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır. Azərbaycan əslində, bu təşəbbüsü dəstəkləyibdir. Bu təşəbbüsə digər tərəfdaşlar da, maraqlı dövlətlər də qoşula bilər. Bu təşəbbüsdə dünyanın müxtəlif şirkətləri iştirak edə bilər. Buxarestdə 2018-ci ilin sentyabrında bununla bağlı keçiriləcək Zirvə görüşündə hesab edirik ki, mühüm addımlar atılacaq və bu, çox yüksək səviyyədə, siyasi səviyyədə ortaya qoyulan bir iradə olacaqdır. Bu da bizim spesifik dialoqumuzun əsasını təşkil edir".

Kolinda Qrabar-Kitaroviç bildirib ki, Azərbaycan NATO-nun mühüm tərəfdaşıdır: "Sizin NATO-ya verdiyiniz töhfəniz vacibdir. Bildiyiniz kimi, Azərbaycan da bizim ölkə kimi müxtəlif yerlərdə təhlükəsizlik məsələlərinin həllinə, sabitliyin qorunmasına töhfə verir və bunda maraqlıdır. Burada söhbət, xüsusən Avropanın cənub bölgəsindən gedir. Siz, həmçinin Əfqanıstanda aparılan əməliyyatlara da qatılmısınız. Təhlükəsizliyə və sabitliyə verdiyiniz davamlı dəstəyə və töhfəyə görə mən Sizə təşəkkürümü bildirirəm.

Sonda bildirmək istəyirəm ki, bu yaxınlarda biz qərar qəbul etdik. Azərbaycanda bizim müvəqqəti ofisimiz bağlanır. Lakin mən qərar qəbul etdim ki, Bakıda Xorvatiyanın daimi səfirliyi fəaliyyətə başlasın. Mən bununla bağlı Azərbaycana səfir də təyin edəcəyəm. Cənab Prezident, Sizi Xorvatiyada bir daha səmimi qəlbdən salamlayırıq və ümidvaram ki, səfəriniz xoş keçəcəkdir".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam