Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan bu sahədə dünyada yeni rekorda imza atdı- BÖYÜK UĞUR

Azərbaycan bu sahədə dünyada yeni rekorda imza atdı - BÖYÜK UĞUR

Dünya Bankının hazırladığı “Doing Business 2019” hesabatı ilə bağlı mətbuat konfransı keçirilir.

Yenixeber.org: Konfransda çıxış edən Prezident Administrasiyasının nümayəndəsi Vüsal Şıxəliyev Prezident İlham Əliyevin elan etdiyi kimi neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq islahatların daha da dərinləşdiyini bildirib:

“Bunun nəticəsində maliyyə sabitliyi, iqtisadi artım müşahidə edilir. Prezident İlham Əliyev tərəfindən biznes mühitinin bütün sahələri tikinti üçün icazə, elektrik təchizatı şəbəkələrinə qoşulma, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı ilə bağlı inkişaf əldə edilib”.

Onun sözlərinə görə, “Duing Bizness 2019” hesabatına görə, Azərbaycan dünyanın 10 ən islahatçı ölkəsinin sırasına daxil edilərək ən çox islahat aparan ölkə olub:

“2017-ci illə müqayisədə builki hesabatda Azərbaycanın yeri 32 pillə irəliləyib. 190 ölkə arasında 21-ci yerə yüksəlib. Tikinti üçün icazələrin alınması üzrə 100 pillə irəliləyib, biznesə başlama indikatoru üzrə ilk onluğa düşüb. Ümumilikdə 10 indikatordan 8-i üzrə Azərbaycanda irəliləyiş əldə edilib. Azərbaycan bu il ümumi reytinqdə yeni rekorda imza atıb”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam