Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Belarus da koronavirusa görə özünütəcrid qərarı verdi-Lukaşenko fikrini dəyişdi

 

Belarus hökuməti koronavirus pandemiyası zamanı özünü təcrid etmək qaydalarını müəyyən edib.

Yenixeber.org: “Belta” xəbər verir ki, qərara əsasən, Belarus vətəndaşları, COVID-19 diaqnozu qoyulan əcnəbilər, həmçinin, onlarla birinci və ikinci səviyyədə təmasda olanlar özlərini təcrid etməlidir.

Birinci səviyyəyə aid olanlar xəstə ilə son təmas vaxtından 14 gün ərzində, ikinci səviyyəyə aid olanlar isə xəstəliyin əlamətləri olduqda (öskürək, nəfəs darlığı, temperatur, boğaz ağrısı) özünütəcrid tətbiq etməyə məcburdurlar.

Özünütəcrid müddətində mağazaya, aptekə və zibil atmağa getmək istisna olmaqla, insanlar yaşayış yerlərini tərk etməməlidirlər. Evdən çıxarkən maska taxmalı və başqaları ilə ünsiyyət qurmamalıdırlar. Özünü təcrid edənlərin hamısına xəstəlik məzuniyyəti verilir. İzolyasiya tələblərinin pozulması halında, müvəqqəti müavinətlər 50 faiz azaldılır.

Son məlumatlara görə, Belarusda 1066 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 13 xəstə ölüb, 77-si sağalıb.

Xatırladaq ki, son vaxtlara qədər Belarus, necə deyərlər, koronavirusu vecinə almayan yeganə Avropa ölkəsi sayılırdı. Prezident Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq Belarusda hər hansı tədbir görməyə ehtiyac olmadığını bildirirdi: “Olur belə şeylər. Əsas olan panikaya düşməməkdir!".

Amma sonradan Səhiyyə naziri Vladimir Karaniklə birgə COVİD-19-u müalicə etməyə hazır olduğunu bəyan etdi: “Əgər sizin üçün nəsə edə bilərəmsə, zəhmət olmasa deyin. Mən artıq səhiyyə nazirinə demişəm ki, əgər lazımdırsa, Vladimir Stepanoviçlə insanları müalicə etməyə gedəcəyik. O hələlik buna ehtiyac olmadığını deyir”.

Və buyurun, bu da son...(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam