Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

BMT-nin Baş katibi 2020-ci il üçün prioritetləri açıqladı:"Hazırda 4 ən böyük problem var"

 

“Geostrateji gərginlik, iqlim dəyişikliyi, qlobal səviyyədə artan inamsızlıq və yeni texnologiyaların təhlükəsi – bunlar hazırda mövcud olan 4 ən böyük problemdir. Prioritet onların qarşısını almaqdır”.

Yenixeber.org: Bunu BMT baş katibi Antoniu Quterriş gələn il 75 yaşı tamam olacaq qurumun Baş Assambleyasının nümayəndə heyəti qarşısında çıxışı zamanı 2020-ci il üçün prioritetlərdən danışarkən deyib.

Baş katibin sözlərinə görə, bu gün geostrateji gərginlik, həqiqətən, epik xarakter alıb, zorakı qarşıdurmalar və terror hücumları əzab və səfalət toxumları əkir və dünya II Dünya müharibəsindən bəri müharibə və təqiblərdən qaçan bu qədər insan görməyib.

A.Quterriş son illərdə əldə olunan bəzi uğurları da sadalayıb: “Keçən il bir çox qeyri-sabit ölkədə dinc yolla seçkilər keçirildi, Yəməndə atəşkəs rejimi quruldu, yeni Suriya konstitusiyasının hazırlanması üzrə komitə yaradıldı və Mərkəzi Afrika Respublikasında sülh sazişinin şərtləri icra edildi. Bu yaxınlarda Berlində keçirilən Liviya üzrə konfransda isə iştirakçılar silahlı qarşıdurmaya və ölkənin daxili işlərinə qarışmayacağına söz verdilər”.

Bununla belə, BMT baş katibi hələ görülməli çox işin olduğu etiraf edib: “Fars körfəzində, Sahel bölgəsində, Venesueladakı vəziyyət və Fələstin-İsrail münaqişəsi. Özü də xarici oyunçular yalnız ocağı daha da alovlandırır, Təhlükəsizlik Şurasının qətnamələri isə yerinə yetirilmir”.

Baş katib hesab edir ki, münaqişələrin qarşısının alınmasına diqqət yetirilməli və vasitəçilik mexanizmlərindən daha fəal istifadə edilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam