Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Ərdoğan açıqladı:Tramp, Merkel, Makronla bunu müzakirə etdik

 

Təəssüf ki, təhlükələr başa çatmayıb, davam edir. Məsələn, Fələstində baş verənləri görürsünüz. Yəməndəki mövcud hadisələr hər kəsə məlumdur. Çox qısa zaman ərzində Yəməndə onminlərlə insan aclıq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.

Yenixeber.org: Bu sözləri Fransa səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Cənab Tramp, Makron və Merkellə Yəmənin vəziyyəti barədə danışdıq. Kansler Merkel “Yəmən üçün çox ciddi bir maliyyə dəstəyi hazırlamalıyıq, ancaq bunu təkcə mən edə bilmərəm, bərabər edək” deyə təkliflə çıxış etdi. Səfalət, aclıq meydana gəlsə, Yəməndə də Suriyadakına bənzər bir vəziyyətlə qarşılaşa bilərik.

Parisdə bütün bunları BMT Baş katibi cənab Quterreşə də söylədim. BMT-də islahatlar aparılması şərtdir. Cənab Quterreş sağ olsun, bu fikirlərimizi eynən dəstəkləyir. O da eyni qənaətdədir. BMT-nin müdaxilə edə bilmək gücü olmalıdır. BMT TŞ 5 ölkənin iki dodağı arasında olmamalıdır. Bunun sayı 20 ola bilər. Bunlara da bir sanksiya gücü verilər. BMT baxımından təhlükəsizlik deyəndə ağıla sülh gücü gəlir. Sanksiya gücünün ola bilməsi üçün sülh gücündən başqa da bir şey düşünülməlidir”, - Ərdoğan bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam