Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

Yol polisindən piyadalara müraciət: İşıqqaytarıcı elementlər olan əşyalardan istifadə edin -VİDEO

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.

Yenixeber.orgİdarənin qadın əməkdaşının müraciətində bildirilib ki, maarifləndirmə yolu ilə piyadaları və sürücüləri bədbəxt və xoşagəlməz hadisələrdən qorumaq yol polisinin əsas funksional vəzifələrindən biridir.

Bir daha piyadaların diqqətinə bir sıra vacib tövsiyələr çatdırılıb: "İlk növbədə piyadalar yolu keçərkən diqqətli olmalı, yalnız müəyyən olunan keçidlərdən istifadə etməlidirlər. Günün qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində üzərində işıqqaytarıcı elementlər olan əşyalardan istifadə etmək tövsiyə olunur.

Digər aktual olan məsələ piyadalar ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulan dayanacaqlarda olarkən yolun hərəkət hissəsinə çıxmaqla həm avtomobillərin normal hərəkəti üçün maneə yaratmış, həm də öz həyatlarını riskə atmış olurlar.

Hörmətli piyadalar, yol hərəkəti zamanı diqqətli olmalı və bu prosesdə fərdi məsuliyyət hissini unutmamağı xahiş edirik".

 

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam