Yenixeber.org: Bu barədə danışan siyasi və hərbi şərhçi DR.Yücel Karauz bilirib ki, Rusiya və Ukrayna üçün bu müharibə artıq davam etdirilə biləcək vəziyyətdə deyil:
“Türkiyə, Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən neytral mövqe sərgiləyərək, beynəlxalq öhdəliklərini həm Ukraynaya, həm də Rusiyaya çatdırmış və eyni zamanda bu müharibənin qalibinin olmayacağını bəyan etmişdir. Müharibə davam etdiyi vaxtlarda İstanbulda sülh və atəşkəslə bağlı danışıqlar aparılmış, əsir mübadiləsi ilə bağlı fəaliyyətlər həyata keçirilmişdir. Altı-yeddi ay əvvəl yenidən Prezident Rəcəb Tayyib Ərdoğan hər iki tərəfə çağırış edərək danışıqların aparılmasının və atəşkəsin təmin olunmasının vacibliyini qeyd etmişdir. Lakin həmin dövrdə xüsusilə Qərbin, o cümlədən Avropanın Zelenskiyə buna imkan verməməsi nəticəsində belə bir mühit formalaşmamışdır. Ancaq bu gün gəlinən vəziyyətdə Rusiya-Ukrayna müharibəsi artıq üç ili keçmiş, gərginlik artmış və davamlılığı mümkün olmayan bir mərhələyə çatmışdır. Buna görə də, bu davam etdirilə bilməyən vəziyyətdə danışıqların aparılması olduqca vacibdir. Təbii ki, Türkiyənin neytral mövqeyi, beynəlxalq nüfuzunun artması, Prezident Ərdoğanın ədalət və haqq axtarışına səs verməsi, həm Ukrayna, həm Rusiya, həm ABŞ, həm də Avropa tərəfindən qəbul edilən bir ölkə olması səbəbindən 15 may tarixində danışıqlar Türkiyədə keçirilir”.
Şərhçinin sözlərinə görə, İstanbul bir daha beynəlxalq sülhə, qlobal sabitliyə töhfə verəcək bir mərkəz funksiyasını yerinə yetirəcək:
“Bu görüşmələrdə əsasən atəşkəsin təmin olunması və müharibənin dayandırılması, Ukraynanın neytrallığı və təhlükəsizlik təminatları,qida təhlükəsizliyi, humanitar məsələlər və əsir mübadiləsi, ərazi bütövlüyü və Krım məsələsi, beynəlxalq iştirak və beynəlxalq təminatçılıq başlıqları altında ümumilikdə altı istiqamət üzrə müzakirələrin aparılması gözlənilir. Əlbəttə ki, bu məsələlərin özünəməxsus prioritetləri var. Bu prioritetlərə baxdıqda ilk növbədə qan tökülməsinin qarşısının alınması, atəşkəs, beynəlxalq sülh qüvvəsinin yaradılması və digər fəaliyyətlərin ardıcıl həyata keçirilməsi ön plana çıxır.
Mən inanıram ki, aparılacaq danışıqlar nəticəsində Putinin iştirak edib-etməyəcəyini söyləmək çətindir, lakin əgər Zelenski və Putin iştirak edərsə, Tramp da bu danışıqlara qatılaraq həm daxili ictimaiyyətə, həm də beynəlxalq aləmə “bu uğur mənim sayəmdə əldə edildi” tezisi ilə çıxış edəcək və atəşkəsin, eləcə də az əvvəl qeyd olunan altı mövzu üzrə əsaslı bir sənədin imzalanmasına nəzarət edəcək. Çünki Tramp prezident olduğu dövrdən verdiyi vədlərin heç birini yerinə yetirə bilməmişdi. Rusiya-Ukrayna müharibəsini bir gün ərzində bitirəcəyini bildirmişdi, amma bu da reallaşmadı. Buna görə də, indiyə qədər heç olmadığı qədər atəşkəs və sülhə yönəlik tarixi bir fürsət ortaya çıxıb. Bu tarixi fürsət dəyərləndirilməlidir”.
15 mayda İstanbulda planlaşdırılan görüş, hərbi qarşıdurmaların diplomatik həll yoluna yönəlməsi baxımından mühüm bir fürsət kimi qiymətləndirilir. Lakin tərəflər arasında dərin fikir ayrılıqları, qarşılıqlı etimadsızlıq və geosiyasi maraqlar fonunda bu fürsətin nə dərəcədə reallaşacağı hələ də qeyri-müəyyən olaraq qalır. Türkiyənin vasitəçilik rolu, beynəlxalq ictimaiyyətin dəstəyi və tərəflərin kompromisə hazırlığı bu danışıqların uğur qazanmasında həlledici rol oynaya bilər. Ancaq bütün hallarda, sülhə doğru atılacaq hər bir addım regionda sabitliyin və insan həyatı üçün təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Görüşün nəticələri və danışıqların davamlılığı isə qarşıdakı günlərdə aydınlaşacaq.
Nurcan Babək15 mayda Türkiyənin ev sahibliyi ilə keçirilməsi gözlənilən görüş Rusiya-Ukrayna müharibəsində diplomatik çözüm axtarışlarının mühüm mərhələsi kimi dəyərləndirilir. Siyasi müşahidəçilərin fikrincə, bu görüş təkcə müharibənin taleyinə deyil, həm də regional sabitlik və beynəlxalq təhlükəsizliyə birbaşa təsir göstərə bilər. Danışıqlar masasında atəşkəsdən tutmuş ərazi bütövlüyünə, humanitar məsələlərdən tutmuş beynəlxalq zəmanət mexanizmlərinə qədər bir sıra mürəkkəb mövzuların yer alması gözlənilir. Tərəflərin istəkləri və mövcud geosiyasi reallıqlar fonunda İstanbulda baş tutacaq bu zirvə həm də Türkiyənin vasitəçilik rolu baxımından diqqət mərkəzindədir.Bütün bu amillər fonunda, 15 may İstanbul görüşü təkcə Rusiya və Ukrayna üçün deyil, həm də region və dünya üçün sülhə doğru mümkün bir addım kimi dəyərləndirilir.
Bu barədə danışan siyasi və hərbi şərhçi DR.Yücel Karauz bilirib ki, Rusiya və Ukrayna üçün bu müharibə artıq davam etdirilə biləcək vəziyyətdə deyil:
“Türkiyə, Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən neytral mövqe sərgiləyərək, beynəlxalq öhdəliklərini həm Ukraynaya, həm də Rusiyaya çatdırmış və eyni zamanda bu müharibənin qalibinin olmayacağını bəyan etmişdir. Müharibə davam etdiyi vaxtlarda İstanbulda sülh və atəşkəslə bağlı danışıqlar aparılmış, əsir mübadiləsi ilə bağlı fəaliyyətlər həyata keçirilmişdir. Altı-yeddi ay əvvəl yenidən Prezident Rəcəb Tayyib Ərdoğan hər iki tərəfə çağırış edərək danışıqların aparılmasının və atəşkəsin təmin olunmasının vacibliyini qeyd etmişdir. Lakin həmin dövrdə xüsusilə Qərbin, o cümlədən Avropanın Zelenskiyə buna imkan verməməsi nəticəsində belə bir mühit formalaşmamışdır. Ancaq bu gün gəlinən vəziyyətdə Rusiya-Ukrayna müharibəsi artıq üç ili keçmiş, gərginlik artmış və davamlılığı mümkün olmayan bir mərhələyə çatmışdır. Buna görə də, bu davam etdirilə bilməyən vəziyyətdə danışıqların aparılması olduqca vacibdir. Təbii ki, Türkiyənin neytral mövqeyi, beynəlxalq nüfuzunun artması, Prezident Ərdoğanın ədalət və haqq axtarışına səs verməsi, həm Ukrayna, həm Rusiya, həm ABŞ, həm də Avropa tərəfindən qəbul edilən bir ölkə olması səbəbindən 15 may tarixində danışıqlar Türkiyədə keçirilir”.
Şərhçinin sözlərinə görə, İstanbul bir daha beynəlxalq sülhə, qlobal sabitliyə töhfə verəcək bir mərkəz funksiyasını yerinə yetirəcək:
“Bu görüşmələrdə əsasən atəşkəsin təmin olunması və müharibənin dayandırılması, Ukraynanın neytrallığı və təhlükəsizlik təminatları,qida təhlükəsizliyi, humanitar məsələlər və əsir mübadiləsi, ərazi bütövlüyü və Krım məsələsi, beynəlxalq iştirak və beynəlxalq təminatçılıq başlıqları altında ümumilikdə altı istiqamət üzrə müzakirələrin aparılması gözlənilir. Əlbəttə ki, bu məsələlərin özünəməxsus prioritetləri var. Bu prioritetlərə baxdıqda ilk növbədə qan tökülməsinin qarşısının alınması, atəşkəs, beynəlxalq sülh qüvvəsinin yaradılması və digər fəaliyyətlərin ardıcıl həyata keçirilməsi ön plana çıxır.
Mən inanıram ki, aparılacaq danışıqlar nəticəsində Putinin iştirak edib-etməyəcəyini söyləmək çətindir, lakin əgər Zelenski və Putin iştirak edərsə, Tramp da bu danışıqlara qatılaraq həm daxili ictimaiyyətə, həm də beynəlxalq aləmə “bu uğur mənim sayəmdə əldə edildi” tezisi ilə çıxış edəcək və atəşkəsin, eləcə də az əvvəl qeyd olunan altı mövzu üzrə əsaslı bir sənədin imzalanmasına nəzarət edəcək. Çünki Tramp prezident olduğu dövrdən verdiyi vədlərin heç birini yerinə yetirə bilməmişdi. Rusiya-Ukrayna müharibəsini bir gün ərzində bitirəcəyini bildirmişdi, amma bu da reallaşmadı. Buna görə də, indiyə qədər heç olmadığı qədər atəşkəs və sülhə yönəlik tarixi bir fürsət ortaya çıxıb. Bu tarixi fürsət dəyərləndirilməlidir”.
15 mayda İstanbulda planlaşdırılan görüş, hərbi qarşıdurmaların diplomatik həll yoluna yönəlməsi baxımından mühüm bir fürsət kimi qiymətləndirilir. Lakin tərəflər arasında dərin fikir ayrılıqları, qarşılıqlı etimadsızlıq və geosiyasi maraqlar fonunda bu fürsətin nə dərəcədə reallaşacağı hələ də qeyri-müəyyən olaraq qalır. Türkiyənin vasitəçilik rolu, beynəlxalq ictimaiyyətin dəstəyi və tərəflərin kompromisə hazırlığı bu danışıqların uğur qazanmasında həlledici rol oynaya bilər. Ancaq bütün hallarda, sülhə doğru atılacaq hər bir addım regionda sabitliyin və insan həyatı üçün təhlükəsizliyin təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Görüşün nəticələri və danışıqların davamlılığı isə qarşıdakı günlərdə aydınlaşacaq.(Ajans.az)
Nurcan Babək