Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Baş Dövlət Yol Polisi İdarəsi- sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Yenixeber.org: Müraciətdə deyilir:

"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, yanvarın 2-dən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi müşahidə olunur. Bununla əlaqədar olaraq yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən diqqətli olsunlar, sürət həddini şəraitinə uyğun seçsinlər. Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlamasını nəzərə alaraq, belə hava şəraitində kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər.

Həmçinin piyadalar da hava şəraitinin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edirik".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam