Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti

Azərbaycanda bəzi şirkətlər mövcud qanunları pozmaqla yanaşı, bir çox hallarda da öz təyinatlarından kənar işlər görməyə də meyillidir.

Yenixeber.org: “Fuga Group” MMC də bu qəbildən sayılır.
Səbəb isə çoxdur. Məsələn, ötən ilin dekabrın sonuna 500 min manat vergi borcu olan şirkət bir neçə tenderin qalibi olub. Belə ki, sözügedən MMC-nin
dövlətə hazırki dövrədək 512 673 manat vergi borcu var. Amma buna baxmayaraq, şirkət son iki ildə 4 tenderə qatılıb. Onlardan ikisi milyonluq tender olub. Şirkət 2023-cü ildə Baş Dövlət Yol Polisi İdarəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin İşıqforlar və ona aid ehtiyyat hissələrinin satınalınmasınə reallaşdırıb və 1 milyon 695 min 271 manatlıq müqavilə bağlayıb. İkinci milyonluq layihə isə “Azərişıq” ASC ilə birgə həyata keçirilib. Belə ki, “Fuga Group” MMC 2 milyon 299 min 757 manatlıq sifarişini yerinə yetirib.
Qeyd edək ki, MMC-nin Nizamnamə kapitalı 60 000 AZN-dir. “FUGA GROUP” MMC 2016-cı ildə təsis edilib. Lisenziya isə 22 aprel 2021-cı il tarixində verilib. Şirkətin rəsmi saytında bildirilir ki, onlar əsaslı tikinti və təchizat üzrə bütün növ xidmətlər göstərirlər.
Buradan iki sual meydana çıxır. Birincisi, külli miqdarda vergi borcu olan şirkət tenderdə iştirak edə bilməz. “Dövlət satınalmaları haqqında” qanunda bununla bağlı açıq bənd var. Amma buna baxmayaraq, 500 min manatddan çox vergi borcu olan şirkət milyonluq tenderlərin nəinki iştirakçısı, həm də qalibi olub.
İkinci sual isə budur ki, tikinti işləri ilə məşğul olan və əsas təyinatı bu olan bir şirkət necə başqa məhsullar satılan tenderin qalibi olub? Normalda “Fuga Group” öz təyinatı üzrə tenderlərə qatılmalıdır. Düzdür, Azərbaycanda tibb, sosial xidmətlər, təmir işləri ilə məşğul olan çox sayda şirkət var ki, özlərinə aid olmayan tenderlərə qatılıb və qalib olublar. Onlardan birinin də “FUGA GROUP” MMC olmasında təəccüblü və qəribə bir şey yoxdur. Lakin məsələ odur ki, təyinatına uyğun olmayan işlərə qarışdıqda, ortaya heç də keyfiyyətli iş çıxmır. Bunu da təcrübə deyir.
“Fuga Group”un bir başqa məsələsi də odur ki, 2016-cı ildən fəaliyyətə başlamasına rəğmən, nə rtəsmi saytında, nə açıq mənbələrdə rəhbərliyi barədə heç bir məlumat yoxdur. Maraqlıdır ki, heç bir strateji əhəmiyyətə malik olmayan şirkət niyə rəhbərliyinin adını gizli saxlayır?(tribunainfo.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam