Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

Yaponiya İrana qarşı hərbi koalisiyada yer almayacaq

 

 Yaponiya Körfəzdə təhlükəsizliyin təmin olunması üçün ABŞ-ın yaratdığı hərbi koalisiyada iştirak etməyəcək.

Yenixeber.org: Bunu İran Prezidenti Həsən Ruhani televiziyada çıxışı zamanı deyib. O bildirib ki, Yaponiya hökuməti İrana qarşı heç bir hərbi ittifaqda iştirak etməyəcəyini birmənalı olaraq açıqlayıb. Rəsmi Tokio İranın Hörmüz sülh təşəbbüsünü dəstəkləyir.

Yerli və xarici mətbuat İran Prezidentinin bu açıqlamasını sensasiya kimi təqdim edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Uzaq Şərqdə ABŞ-ın ən yaxın müttəfiqi olan Yaponiya rəsmi Vaşinqtonun Körfəzə dair planlarında yer almaq istəmir. Bunun bir neçə səbəbi ola bilər. İlk növbədə, ABŞ bilərəkdən Yaponiyanı hərbi koalisiyadan kənarda saxlayır. Vaşinqtonda anlayırlar ki, Avropa dövlətləri 2015-ci ildə imzalanan “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” müqavilədən çıxmasalar da, müqavilənin şərtlərinə də əməl etmirlər. Buna görə də avropalılar İran qarşısında etimadlarını itiriblər. Yaponiya isə ABŞ ilə müttəfiq olduğu halda İran ilə əlaqələrini davam etdirəcəyini açıqlayıb. Bu da İranda rəsmi Tokioya etimadı artırıb. Bu vəziyyətdə Tehran Yaponiyanın sözünü daha ciddi qəbul edər, nəinki Avropanın. Belə olan halda ABŞ Yaponiya vasitəsilə İranı bəzi məsələlər ətrafında razılığa gəlməyə məcbur edəcəyini düşünür.

Lakin İran fars diplomatiyası da öz incəliyi ilə seçilir. Yaponiyaya etdiyi birgünlük səfərlə rəsmi Tokionun Körfəzdə formalaşdırılan hərbi koalisiyada yer almamasını təmin edən Həsən Ruhani diplomatik qələbə qazanıb. Bu qələbənin mahiyyəti ondan ibarətdir ki, Yaponiya qadağalara baxmayaraq, İrandan neft almağa davam edəcək ki, bu da Tehran üçün olduqca zəruridir. Sanksiyaların İran iqtisadiyyatına böyük zərbə vurduğu bir məqamda Yaponiyanın İrandan neft alması ölkəyə xarici valyutanın daxil olmasını təmin edəcək ki, bu da indiki zamanda Tehran üçün çox vacibdir.

ABŞ hələlik Yaponiya-İran münasibətlərinin isinməsinə kəskin reaksiya verməyib. Həsən Ruhaninin Yaponiyada qazandığı nailiyyətin nə qədər davam edəcəyini və qarşılıqlı əməkdaşlığın hansı səviyyədə həyata keçəcəyini isə zaman göstərəcək.(azərtac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam