Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya və Yaponiya tezliklə sülh müqaviləsi imzalaya bilər

Rusiya və Yaponiya tezliklə sülh müqaviləsi imzalaya bilər

Yaponiya və Rusiya ən qısa müddətdə sülh müqaviləsi imzalamaq niyyətlərinə sadiqdirlər və bu məsələdə birgə çıxış edirlər

Yenixeber.org:  bu barədə Yaponiyanın xarici işlər naziri Taro Kano Tokioda keçirdiyi mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasında hər iki tərəf qarşılıqlı anlaşma tələb edən şərtlər irəli sürür. 

“Sülh müqaviləsi Rusiya və Yaponiya üçün həllini tapmayan məsələ olduğu üçün, onun qısa zamanda imzalanması əlbəttə ki, yaxşı olardı. Amma Yaponiya tərəfi hesab edir ki, bunun üçün şimaldakı 4 adanın məxsusluğu problemi həll edilməlidir. Rusiya tərəfi isə düşünür ki, Yaponiya ilə iqtisadi əməkdaşlıq ölkənin inkişafına necə töhfə verə bilər. Zənnimcə, Yaponiya və Rusiya eyni istiqamətə baxırlar və həlli tələb olunan məsələlər üzrə qarşılıqlı anlaşmaya vararaq sülh müqaviləsini tez bir zamanda hazırlamaq istəyirlər”, – deyə yaponiyalı nazir vurğulayıb. 

Qeyd edək ki, 12 sentyabrda Vladivostikdakı Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin heç bir ilkin şərt olmadan Yaponiya ilə ilin sonunadək sülh müqaviləsi imzalamağı təklif edib. Lakin bu təklifi şərh edən Yaponiya XİN bildirib ki, rəsmi Tokio yalnız ərazi mübahisəsi həll edildikdən sonra Rusiya ilə sülh müqaviləsi imzalamaq məqsədilə danışıqlar aparmaq niyyətindədir və Tokionun bu mövqeyi dəyişməzdir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam