Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Ağdamda "Bayraq yürüşü" başlayıb - FOTO

Ağdam rayonunda 9 noyabr - Azərbaycanın Dövlət Bayrağı Günü münasibəti ilə "Bayraq yürüşü" başlayıb. 

Yenixeber.org: Aksiya Təhsil və Müdafiə nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

Yürüş Quzanlı qəsəbəsində yerləşən Ağdam Rayon Təhsil Şöbəsinin önündən başlayıb və Bayraq meydanına qədər davam edəcək.

Aksiyanın keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 

Yürüşdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Müdafiə Nazirliyinin əməkdaşları, deputatlar, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, media qurumlarının rəhbərləri, hərbçilər, tanınmış ziyalılar, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edirlər. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam