Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlin sonunadək 250-dək modul tipli məktəbin inşası başa çatdırılacaq

 “Qlobal problemlərin həll edilməsi cəmiyyətdə formalaşan şəxsiyyətlərdən çox asılıdır. Yüksək mədəni şəxsiyyətin formalaşması üçün milli bəşəri dəyərlər yaxşı təhsil vasitəsilə verilə bilər”

Yenixeber.org: Bunu təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı Sammitində çıxışında deyib.
F.Qurbanov qeyd edib ki, Azərbaycanda 5 il ərzində təhsil sahəsində mühüm nailiyyətlər əldə edilib:” Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nail olma, ibtidai təhsili başa vurma səviyyəsi demək olar ki 100 faizə çatdırılıb. Təhsilin kefiyyətinə təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Təhsil Nazirliyi bunu anlayır və bu istiqamətdə müxtəlif addımlar atır”.
O əlavə edib ki, ölkədə cari ilin sonunadək 250-dək modul tipli məktəbin tikilməsi başa çatdırılacaq.
Nazir müavini qeyd edib ki, ali təhsilə qəbul onların sayı 2013-cü ildəki 145 mindən artaraq 162 minə, ali təhsilin bakalavr pilləsindən magistr pilləsinə qəbul olanların sayı 2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb: “İndi təhsildə qızların sayı da çoxalıb. Müəllimlərin 82 faizi, tələbələrin isə 46 faizi qadındır. Bu gün əsas məqsədimiz universitetlərdə tələbələrin startap hərəkatlarına töhfə vermək, iş yerlərini yaratmaq psixologiyasını formalaşdırmaqdır. Məncə, təhsilin transformasiyası sosial-mədəni potensial xarakteri alıb. Ümid edirəm ki, bu sammitdə qəbul edilən təklif və tövsiyələr hamı üçün faydalı olacaq”, – deyə nazir müavini əlavə edib.
F.Qurbanov qeyd edib ki, 2019-cu ildə informatika üzrə şagirdlər arasında dünya olimpiadası Bakıda keçiriləcək: “Bakıda informatika üzrə şagirdlər arasında dünya olimpiadasının keçirilməsi üçün hazırlaqlar başlayıb”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam