Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Beynəlxalq Ailə Gününə həsr edilmiş konfrans keçirilib

15 may - Beynəlxalq Ailə Gününə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfrans keçirilib.

Yenixeber.org:  Konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərin təbliği olub.

Konfrans "Dövlət ailə siyasəti" adlı filmin nümayişi ilə başlayıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev çıxış ediblər.

Çıxışlardan sonra konfrans sual-cavab şəklində davam edib.

Daha sonra "Əl işləri üzrə nümunəvi ailələr sərgisi"nin qalibləri mükafatlandırılıb. (ONA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam