Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Nikol Qarabağı qaytarmağa hazırlaşır - Voronenko

 
Ermənistan hakimiyyəti artıq Azərbaycana işğal edilmiş torpaqların qaytarılması planını hazırlayıb.
Yenixeber.org: Bu sözləri açıqlamasında ukraynalı politoloq Aleksey Voronenko deyib. O, Ermənistan hökumətinin hazırda öz ictimaiyyətinə diqqətlə hər şeyi izah etməyə hazırlaşdığını bildirib.
Voronenkonun sözlərinə görə, Paşinyanın Feysbukda son çıxışı bunun təsdiqidir:
“Qarabağın qaytarılması planı çoxdan işlənirdi, amma indi artıq hər şey hazırdır. Təbii ki, bu planda danışıqlar, tez və ya gec, hökumət dəhlizlərini tərk etməliydi. Ermənistanın müəyyən dairələrində artıq bunu açıq şəkildə danışırlar”, – deyə o bildirib.
Voronenko Paşinyanın son çıxışından bəzi tezislərə diqqət yetirib:
“1. “Erməni tərəfi itki verir”.
2. “Ermənistan və Azərbaycan arasındakı situasiyada hər zaman təhdid olub”.
3. “Biz hələlik Qarabağın həlliylə bağlı konkret plan qəbul etməmişik. Plan peyda olduğu zaman biz mütləq bu sənədi vətəndaşlarımızla müzakirə edəcəyik”.
İlk iki tezis aydındır və yuxarıda deyilənləri tam təsdiq edir. Üçüncü tezis xüsusi maraq kəsb edir. Niyə gözlənilmədən Ermənistan hökumətinin rəhbəri özünün yox, hansısa plan haqqında danışır? Məsələ odur ki, bu planda şayiələr və danışıqlar, bayaq dediyim kimi, hökumət divarlarından kənara çıxıb və Paşinyana bu bəllidir. İndi o, iti küncləri hamarlamalı və ictimiyyətdə aqressiya yaratmamalıdır. Bu çıxışdan sonra yalnız “Bütün bunlar şayiədir” ifadəsi çatışmırdı” .

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam